Elmira Atayeva
Elmira Atayeva | |
---|---|
Atayeva (Mövlazadə) Elmira Zahid qızı | |
Elmira Atayeva. | |
Doğum tarixi | 23 avqust 1935 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elm sahəsi | geologiya |
İş yeri | AMEA Geologiya və Geofizika İnstitutu, Geoloji-Mineraloji Muzey sektoru (sektorun rəhbəri) |
Elmi dərəcəsi | geologiya-mineralogiya elmləri namizədi |
Elmi adı | dosent |
Elmi rəhbəri | ak. Q.Ə.Əlizadə |
Mükafatları |
Elmira Atayeva — geologiya-mineralogiya elmləri namizədi, dosent, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, AMEA Geologiya və Geofizika İnstitutunun Geoloji-Mineraloji Muzey sektorunun rəhbəri.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
23 avqust 1935-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1943 – 1945-cü illərdə Nuxa şəhər 2 №-li orta məktəbində,
1945 – 1953-ci illərdə Bakı şəhər 190 №-li orta məktəbdə,
1953 – 1958-ci illərdə Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsində,
1961 – 1963-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyası Geologiya İnstitutunun aspiranturasında təhsil alıb.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
1967-ci ildə akademik Q.Ə.Əlizadənin rəhbərliyi altında “Qərbi Azərbaycanın Kür və İori çaylararası sarmat çöküntülərinin stratiqrafiyası və mollyuska faunası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1990-cı ildə dosent elmi adını alıb.
18-i xaricdə çap olunmaqla 59 elmi məqalənin müəllifidir.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1958-ci ildə Azərbaycan SSR EA Geologiya İnstitutunda kiçik elmi vəzifəsində işə qəbul edilib. Sonra bu institutda əvvəl elmi işçi, sonra böyük elmi işçi, daha sonra aparıcı elmi işçi və nəhayət, Geoloji-Mineraloji Muzey sektorunun rəhbəri vəzifəsini tutub.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- “Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi” fəxri adı (2008).
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Geologiya və Geofizika İnstitutunun fəlsəfə doktorları : Atayeva Elmira Zahid qızı : [arx. 11.09.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 11.09.2021.
- Məmmədov Ə., Xalıqov F. Atayeva Elmira // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 44-47. — 1.000 nüsx.
- Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // Xalq qəzeti : qəzet. — 2008. — В. 19 mart. — Səh. 2. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 9 Nov 2018 - 6 Feb 2020.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- E
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- 23 avqustda doğulanlar
- Avqustda doğulanlar
- 1935-ci ildə doğulanlar
- Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçiləri
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə