Möhübbət İbrahimova
Jump to navigation
Jump to search
Möhübbət İbrahimova | |
---|---|
İbrahimova Möhübbət Zahid qızı | |
Möhübbət İbrahimova. | |
Anadan olub | 15 iyul 1954 |
Anadan olduğu yer | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Həyat yoldaşı | Qasımov Arif Baxış oğlu (v.e.2011) |
Uşaqları | Aynur (v.e.2019), Füzuli və Seymur |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Təhsili | V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutu, azərbaycan dili və ədəbiyyatı fakültəsi (1971–1975) |
Mükafatları | |
facebook səhisəsi1 facebook səhisəsi2 |
Möhübbət İbrahimova — tanınmış pedaqoq, azərbaycan dili və ədəbiyyatı müəllimi, Azərbaycan Respublikasının əməkdar müəllimi.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
15 iyul 1954-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1960 – 1970-ci illərdə M.Qorki adına Nuxa/Şəki şəhər 10 №-li orta məktəbində,
1971 – 1975-ci illərdə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1975 – 1991-ci illərdə Şəki şəhər 11 №-li orta məktəbində,
1991 – 2021-ci illərdə Şəki şəhər Rəşid bəy Əfəndiyev adına 10 nömrəli tam orta məktəbində,
1994 – 1996-cı illərdə kimi Bakı Dövlət Universitetinin Şəki filialında,
1997 – 2000-ci illərdə Şəki fizika riyaziyyat və humanitar təmayüllü liseyində dil-ədəbiyyat müəllimi işləyib.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- “Metodist müəllim” adı (1988);
- “Xan qızı Natəvan” mükafatı (2005);
- Şəki şəhər Təhsil Şöbəsinin, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin fəxri fərmanları və diplomları.
- “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adı (2012).
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Bəşirov R., Hacıyev N. Möhübbət İbrahimova, məktəbin müəllimi // Unudulmaz illər. — Bakı: “Qismət” mətbəəsi, 2007. — Səhifələrin sayı: 200. — Səh.: 192.
- Möhübbət İbrahimova, 10 №-li məktəbin müəllimi // Məzunlar / Akif Əli (tərtibçi). — Bakı: Elm və təhsil, 2012. — Səhifələrin sayı: 356. — Səh.: 303. — ISBN 978-9952-8176-4-5.
- Azərbaycan Respublikasının təhsil işçilərinə “Əməkdar Müəllim” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : [arx. 9 Nov 2014 - 31 Oct 2023] // Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı.. — 2012. — 1 oktyabr. — Müraciət tarixi: 13.07.2024.
- Maisqızı M. Möhübbət İbrahimova. III FƏSİL. ŞƏKİNİN TƏHSİLİ MÜSTƏQİLLİK İLLƏRİNDƏ // Şəkidə təhsil: tarix, inkişaf yolu. — AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu. — Bakı, 2015. — Səhifələrin sayı: 542. — Səh.: 275.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
12 Kateqoriya:
- M
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış pedaqoqlar
- 1954-cü ildə doğulanlar
- 15 iyulda doğulanlar
- İyulda doğulanlar
- Azərbaycan Respublikasının əməkdar müəllimləri
- Şəxslər (ad sırası ilə)
- “İşıq məbədi” kitabına istinad olunan məqalələr
- “Şəkidə təhsil: tarix, inkişaf yolu” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr