Xurşid Abdullayeva
Xurşid Abdullayeva | |
---|---|
Abdullayeva Xurşid Lütfəli qızı | |
Xurşid Abdullayeva. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 sentyabr 1959 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Peşələri | musiqiçi, pedaqoq |
Atası | Lütfəli Abdullayev |
Anası | Sevda Pepinova |
|
|
Musiqi alətləri | fortepiano, klavesin |
Təhsili | Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası, fortepiano sinfi (1983–1988) |
Mükafatları |
Xurşid Abdullayeva — Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Respublikası Dövlət xor kapellasının direktoru, Bakı Musiqi Akademiyasının müəllimi.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
15 sentyabr 1959-cu il tarixdə Bakıda anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1966 – 1977-ci illərdə Bülbül adına musiqi məktəbində,
1983 – 1988-ci illərdə isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano sinfində təhsil alıb.
1989-cu ildə Minsk şəhərində (Belorusiya) professor Arturo Sakettinin(en) (Vatikan) və 1992-ci ildə İngiltərədə Kolin Tilneyin(en) (Kanada) klavesin üzrə ustad siniflərini başa vurub.
1998-ci ildə Moskva Dövlət Konservatoriyasında dosent İ.Zenaişvilinin sinfində birillik ali ifaçılıq kursunu bitirib.
Fəaliyyəti[redaktə | HTML redaktə]
1995-ci ildən Bakı Musiqi Akademiyasının orqan və klavesin kafedrasının müəllimi,
2001-ci ildən isə həm də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xor Kapellasının direktorudur.
Türkiyə, Rusiya, İngiltərə, Belorusiyada konsert proqramları ilə çıxış edib.
Bir sıra elmi-tədqiqat işlərinin müəllifidir.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- “Azərbaycan Respublikasının əməkdar artisti” fəxri adı (5 may 2007);
- Azərbaycan Respublikası Prezidentinin mükafatı (30 aprel 2014; 6 may 2015; 6 may 2016; 1 may 2017; 9 may 2018; 10 may 2019; 7 may 2020).
Ailəsi[redaktə | HTML redaktə]
Azərbaycan SSR xalq artisti Lütfəli Abdullayevin və alman dili üzrə mütəxəssis Sevda Pepinovanın qızı, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin katibi Əhməd bəy Pepinovun və ilk azərbaycanlı musiqişünas qadın – Azərbaycan SSR əməkdar incəsənət xadimi Xurşid Ağayevanın nəvəsi, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədr müavini Həsən bəy Ağayevin nəticəsidir.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Fortepiano, orqan və klavesin kafedrasının müəllimləri : Abdullayeva Xurşid Lütfəli qızı : [arx. 4 sentyabr 2019] // Bakı Musiqi Akademiyası. — Müraciət tarixi: 14.09.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |