Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Əhməd Əhmədzadə (dövlət xadimi)

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Əhməd Əhmədzadə
Əhmədzadə Əhməd Cuma oglu
Əhməd Əhmədzadə (dövlət xadimi).png
Əhməd Əhmədzadə.
bayraqAzərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədribayraq
2006 — 2021
Kənd Təsərrüfatı Nazirinin birinci müavini, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktorubayraq
2004 — 2006
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədribayraq
1993 — 2004
bayraqQuba rayonu İcra Hakimiyyətinin başçısıbayraq
1991 — 1992
bayraqŞəki rayon Xalq Deputatları Sovetinin sədri, Şəki şəhər Partiya Komitəsinin birinci katibibayraq
1991 — 1991
bayraqŞamxor rayon Partiya Komitəsinin birinci katibibayraq
1987 — 1991
Sələfi Əjdər Əsədov
bayraqFüzuli rayon Partiya Komitəsinin birinci katibibayraq
1980 — 1987
Xələfi Cavanşir Məmmədov
bayraqAbşeron rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədribayraq
1978 — 1980
Şəxsi məlumatlar
Doğum tarixi 7 yanvar 1945 (1945-01-07) (79 yaş)
Doğum yeri Qaxmuğal, Qax rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Atası Cuma Əhmədzadə
Təhsili

 • Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutu (–1966)

 • Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası (1976–1978)
İxtisası mühəndis-hidrotexnik
Təltifləri “Şöhrət” ordeni (Azərbaycan) "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı I dərəcəli "Əmək" ordeni — 2020
Commons-logo.svg Commonsda da Əhməd Əhmədzadə ilə əlaqəli mediafayllar var

Əhməd Əhmədzadə — tanınmış dövlət xadimi, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

7 yanvar 1945-ci il tarixdə Qax rayonunun Qaxmuğal kəndində anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1961-çi ildə orta məktəbi,

1966-cı ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirib.

1976 – 1978-ci illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1961-ci ildə 11 saylı Bakı şəhər Tikinti İdarəsində fəhlə kimi əmək fəaliyyətinə başlayıb.

1966-cı ildə Azərbaycan Elmi-Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunda böyük mühəndis,

1967 – 1975-ci illərdə Qax Suvarma Sistemləri İdarəsində böyük mühəndis, idarənin rəisi,

1975 – 1976-cı illərdə Qax rayonu Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri,

1978 – 1980-ci illərdə Abşeron rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri,

1980 – 1987-ci illərdə Azərbaycan KP Füzuli rayon komitəsinin birinci katibi,

1987 – 1991-ci illərdə Azərbaycan KP Şəmkir rayon komitəsinin birinci katibi,

1991-ci ildə Azərbaycan KP Şəki şəhər komitəsinin birinci katibi və Şəki rayon Xalq Deputatları Sovetinin sədri,

1991 – 1992-ci illərdə Quba rayonu İcra Hakimiyyətinin başçısı,

1993 – 2004-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri,

2004 – 2006-cı illərdə Kənd Təsərrüfatı Nazirinin birinci müavini, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru,

2006 – 2021-ci illərdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışıb.

Təltif və mükafatları[redaktə | HTML redaktə]

Digər[redaktə | HTML redaktə]

1981 – 1995-cı illərdə Azərbaycan SSR/Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub.

Respublika Dövlət Aqrar İslahatı Komissiyasının üzvü, Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının sədr müavini olmuşdur.

Ailəlidir, üç övladı var.

Həmçinin, bax:[redaktə | HTML redaktə]

Azərbaycan KP Şəki şəhər partiya komitəsinin birinci katibləri.