Qurban Məsimov
Qurban Məsimov | |
---|---|
Məsimov Qurban Abdulla oğlu | |
Qurban Məsimov, 2019. | |
Digər adı | Kloun Appa |
Doğum tarixi | 26 yanvar 1971 |
Doğum yeri | Şəki, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Peşəsi | rejissor |
Təhsili |
• Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, rejissorluq fakültəsi (1988–1993) • Bakı Musiqi Akademiyası, vokal şöbəsi (1995–2001) |
IMDb | ID 3108239 |
facebook səhifəsi |
Qurban Məsimov — Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, Azərbaycan Respublikasının əməkdar artisti.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
26 yanvar 1971-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1988 – 1993-cü illərdə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində,
1995 – 2001-ci illərdə isə Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsil alıb.
1998-ci ildə Tbilisidə Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunu bitirib.
2000-ci ildə Sofiyada “Yay akademiyası” proqramı çərçivəsində “Fildenkrayz metodu” seminarında iştirak edib.
Əmək və yaradıcı fəaliyyəti[redaktə | HTML redaktə]
1994 – 2010-cu illərdə xalq artisti Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi “Dəli Yığıncağı” Pantomim Teatr-Studiyasında (2000-ci ildən Dövlət Pantomim Teatrı) fəaliyyət göstərib.
2000 – 2002-ci illərdə ABA televiziyasında yayımlanan “Nəm-Nəm” verilişinin rejissoru və aparıcısı olub.
2003-cü ildən “Lider” televiziyasında yayımlanan əvvəl “Mətbəxdə Şou Nəm-Nəm” verilişinin, sonra AzTv-də “Gülməşəkər” verilişinin aparıcısı və rejissoru olub.
2014-cü ildən A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissorudur.
2018-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyorluğu kafedrasının müəllimidir.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- Azərbaycan Respublikası Prezidentinin mükafatı (2014 – 2021);
- Fəxri Mədəniyyət İşçisi döş nişanı (2016);
- “Azərbaycan Respublikasının əməkdar artisti” fəxri adı (2019).
- “Humay” mükafatı (2019).
Ədəbiyyat[redaktə | HTML redaktə]
- "Hələ də oyuncaq dükanlarının yanından biganə keçə bilmirəm..." (azərb.) // Ekspress : qəzet. — 2014. — В. 8-10 fevral. — Səh. 20. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 7 iyul 2014.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |