Məsməxanım Qazıyeva
Məsməxanım Qazıyeva — filologiya elmləri doktoru, professor, Azərbaycan Dillər Universitetinin linqvokulturologiya kafedrasının müdiri.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
21 mart 1945-ci il tarixdə anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1962-ci ildə Bakı şəhər 74 №-li orta məktəbini bitirib.
1962 – 1967-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis və azərbaycan dilləri fakültəsində təhsil alıb.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
1988-ci ildə SSRİ Pedaqoji Elmlər Akademiyası Tədrisin Məzmunu və Metodları Elmi Tədqiqat İnstitutunda “Real nitq ünsiyyəti xarici dillərin tədrisi keyfiyyətinin yaxşılaşdırılmasında bir vasitə kimi” mövzusunda namizədlik dissertasiyasını,
2004-cü ildə AMEA-nın Nizami adına Dilçilik İnstitutunda “Səhnə nitqinin linqvistik problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
70-dən çox çap olunmuş elmi əsərin müəllifidir. 26 fəlsəfə və elmlər doktorunun elmi rəhbəri olub.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1967-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda saxlanılıb.
Hal-hazırda Azərbaycan Dillər Universitetinin linqvokulturologiya kafedrasının müdiridir.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Qazıyeva Məsməxanım // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 315-316. — 1.000 nüsx.
- Xanoğlan V. Parlaq nəslin layiqli davamçısı –professor Məsməxanım Qazıyeva : [arx. 30.09.2021] // 525.az. — 2019. — 19 noyabr. — Müraciət tarixi: 30.09.2021.
- Cəfərova K. Elmi axtarışlar işıq və ümid dolu alim : [arx. 30.09.2021] // Ədalət qəzeti. — . — Müraciət tarixi: 30.09.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |