Rüstəm Xəlilməmmədov
Rüstəm Xəlilməmmədov | |
---|---|
Xəlilməmmədov Rüstəm Abdulla oğlu | |
Rüstəm Xəlilməmmədov, 14.09.2024. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 aprel 1963 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ → Azərbaycan |
Həyat yoldaşı | Xəlilməmmədova Nəzakət Nemət qızı |
Uşaqları | Məmmədli Nicat, Cavadova Türkan |
Atası | Xəlilməmmədov Abdulla Dövlət oğlu |
Anası | Xəlilməmmədova Roza Abbas qızı |
|
|
Musiqi aləti | kamança |
Təhsili | Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində Xalq Konservatoriyası (1988–1991) |
Rüstəm Xəlilməmmədov — tanınmış kamança ifaçısı, M.F.Axundzadə adına Şəki Mədəniyyət mərkəzinin tabeçiliyində fəaliyyət göstərən B.Ələsgərova adına şəhər folklor klubunun metodisti.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
22 aprel 1963-cü il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1970 – 1980-cı illərdə Şəki şəhər 19 №-li orta məktəbində,
1974 – 1979-cu illərdə Şəki şəhər 2 №-li uşaq musiqi məktəbinin kamança sinfində,
1988 – 1991-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən Xalq Konservatoriyasında təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1992-ci ildən Şəki şəhər mədəniyyət şöbəsinin, daha sonra isə M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət mərkəzinin tabeçiliyində fəaliyyət göstərən müxtəlif klublarda, müxtəlif vəzifələrdə (bədii rəhbər, direktor, metodist və s.) çalışıb.
Hal-hazırda M.F.Axundzadə adına Şəki Mədəniyyət mərkəzinin tabeçiliyində fəaliyyət göstərən B.Ələsgərova adına şəhər folklor klubunun metodistidir.
Pedaqoji fəaliyyəti[redaktə | HTML redaktə]
2000 – 2007-ci illərdə Şəki Şəhər Uşaq İncəsənət Məktəbinində kamança ixtisası üzrə müəllim işləyib.
Musiqiçi fəaliyyəti[redaktə | HTML redaktə]
1978 – 1979-cu illərdə M.F.Axundov adına Şəki şəhər mədəniyyət evində Şahid Əbdülkərimovun rəhbərliyi ilə fəaliyyət göstərən “Səbuhi” xalq çalğı alətləri ansamblının,
1988 – 1991-ci illərdə Bakıda təhsil alarkən isə Xətai adına mədəniyyət evinin “Şur” ansamblının üzvü olub. Eyni zamanda Dövlət tədbirlərində, eləcə də Bakı kəndlərində toy məclislərində xanəndələrdən Səxavət Məmmədovu, Ağakərim Nafisi, Könül Xasıyevanı, Almas Orucovanı, Gülyaz və Gülyanaq Məmmədovaları müşayiət edib.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Təhmirazqızı S. Rüstəm Xəlilməmmədov // Şəkidə ifaçılıq sənəti. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı: 224. — Səh.: 183. — 300 nüsx.
Videolar[redaktə | HTML redaktə]
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- R
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış musiqiçilər
- Şəkidən çıxmış pedaqoqlar
- 22 apreldə doğulanlar
- Apreldə doğulanlar
- 1963-cü ildə doğulanlar
- Musiqiçilər
- Şəxslər (ad sırası ilə)
- “Şəkidə ifaçılıq sənəti” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr