Taleh Xəlilov
Taleh Xəlilov | |
---|---|
Xəlilov Taleh Rahim oğlu | |
Taleh Xəlilov. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 noyabr 1992 |
Doğum yeri | Şəki, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Həyat yoldaşı | Xəlilova Ülfət Məzahir qızı |
Uşağı | Davud |
Atası | Rahim Nurəddin oğlu |
Anası | Mətanət Cumay qızı |
|
|
Musiqi aləti | qarmon |
Təhsili | Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin qarmon sinfi (2007–2011) |
Adının digər versiyaları | Taleh Xelilov, Taleh Xalilov, Талех Халилов, Талех Хелилов, Талеһ Хәлилов |
facebook səhifəsi |
Taleh Xəlilov — tanınmış qarmon ifaçısı və musiqiçi pedaqoq, Şəki şəhər 2 nömrəli uşaq musiqi məktəbinin qarmon ixtisası üzrə müəllimi.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
29 noyabr 1992-ci il tarixdə Şəkidə anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1998 – 2007-ci illərdə Şəki şəhər 20 saylı tam orta məktəbində,
2002 – 2007-ci illərdə Şəki şəhər 4 nömrəli uşaq musiqi məktəbinin qarmon sinfində,
2007 – 2011-ci illərdə Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin qarmon sinfində təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
2011-ci ildən Şəki şəhər 2 nömrəli uşaq musiqi məktəbində qarmon ixtisası üzrə müəllimdir.
Musiqiçi fəaliyyəti[redaktə | HTML redaktə]
2011 – 2013-cü illərdə M.F.Axundzadə adlına Şəki Mədəniyyət Mərkəzinin tabeçiliyində fəaliyyət göstərən Səməd Vurğun adına mədəniyyət evinin instrumental ansamblının üzvü olub. Sonra “Marxal” və “Şərq” musiqi qruplarının tərkibində çıxış edib. Hal-hazırda “Xan” instrumental qrupunda fəaliyyət göstərir.
16 fevral 2016-cı il tarixdə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında təşkil edilmiş “Azərbaycan musiqisində klassik və müasir qarmon ifaçılığı” adlı tədbirin təşkilatçılarından biri olub bu konsertdə Zakir Mirzənin iti sürətli “Bəxtəvəri” rəqs melodiyasını ifa edib.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Qarmon ixtisası üzrə daha bir uğurlu müəllim : [arx. 31 Jul 2024 - 31 Jul 2024] // Hürriyyət. — 2024. — 29 iyul. — Müraciət tarixi: 31.07.2024.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |