Vüqar Kərimov
Vüqar Kərimov | |||||||
---|---|---|---|---|---|---|---|
Kərimov Vüqar Nəzir oğlu | |||||||
Vüqar Kərimov. | |||||||
|
|||||||
Doğum tarixi | 2 aprel 1973 | ||||||
Doğum yeri | Kiş, Şəki rayonu, Azərbaycan SSR, SSRİ | ||||||
Vətəndaşlığı | SSRİ→ Azərbaycan | ||||||
Atası | Kərimov Nəzir | ||||||
Anası | Qarayeva Həmayil Həsən qızı | ||||||
Təhsili |
Gəncə Dövlət Universiteti, biologiya və kimya ixtisası üzrə (–1995) Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə (–2014) AMEA Botanika İnstitutu, aspirantura (1995–1998) |
||||||
Elmi dərəcəsi | biologiya elmləri namizədi | ||||||
Elmi adı | dosent | ||||||
Təltifləri |
Vüqar Kərimov — biologiya elmləri namizədi, dosent, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
2 aprel 1973-cü il tarixdə Şəki rayonunun Kiş kəndində anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1995-ci ildə Gəncə Dövlət Universitetini (biologiya və kimya ixtisası üzrə),
2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını (dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə) bitirib.
1995 – 1998-ci illərdə AMEA Botanika İnstitutunun aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1998 – 2018-ci illərdə AMEA Botanika İnstitutunda əvvəl elmi işçi, sonra aparıcı elmi işçi, daha sonra böyük elmi işçi, laboratoriya və şöbə müdiri vəzifəsində çalışıb.
2008 – 2012-ci ilərdə SOCAR-ın Ekologiya İdarəsində işləyib; o cümlədən,
2008 – 2010-cu illərdə Yaşıllaşdırma Departamentinin əvvəl rəis müavini, sonra isə rəisi,
2010 – 2012-ci illərdə isə idarə rəisinin müavini olub.
2012 – 2018-ci illərdə SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin icraçı direktorunun müavini vəzifəsində çalışıb.
2018-ci ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində işləyir; o cümlədən,
2018 – 2020-ci illərdə aparat rəhbəri olub,
14 aprel 2020-ci il tarixindən isə nazir müavinidir.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
2000-ci ildə namizədlik dissertasiyasını müdafiə edib.
2001-ci ildə biologiya elmləri namizədi elmi dərəcəsi,
2017-ci ildə botanika ixtisası üzrə dosent elmi adını alıb.
65 elmi əsərin, o cümlədən, 3 kitabın müəllifi, Azərbaycan Respublikasının Qırmızı Kitabının II nəşrinin həmmüəllifidir.
Siyasi aktivliyi[redaktə | HTML redaktə]
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- “Tərəqqi” medalı (2016).
Ailəsi[redaktə | HTML redaktə]
Ailəlidir, 2 övladı var.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- "Rəhbərlik". http://eco.gov.az/ (azərb.). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi. 25 Aug 2019 – 19 Oct 2020 tarixində arxivləşdirilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- V
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış dövlət xadimləri
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış alimlər
- 2 apreldə doğulanlar
- Apreldə doğulanlar
- 1973-cü ildə doğulanlar
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- Dövlət xadimləri
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə