Coşqun Məmmədov
Coşqun Məmmədov | |
---|---|
Məmmədov Coşqun İsrafil oğlu | |
Coşqun Məmmədov. | |
Doğum tarixi | 23 may 1979 |
Doğum yeri | Baş Şabalıd, Şəki rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | AMEA Genetik Ehtiyatlar İnstitutu Şəki Elmi Tədqiqat Bazası (bazanın müdiri) |
Təhsili |
• Azərbaycan Kənd Təsərrüfatı Akademiyası (indiki Azərbaycan Dövlət Aqrar Universiteti), aqronomiya fakültəsi, bakalavriat (1996–2000) • AKTA Genetik Ehtiyatlar İnstitutu, kənd təsərrüfatı bitkilərinin genetikası ixtisası, magistratura (2005–2008) • AMEA Genetik Ehtiyatlar İnstitutu, bioloji ehtiyatlar ixtisası, doktorantura (2014–2023) |
facebook səhifəsi |
Coşqun Məmmədov — AMEA Genetik Ehtiyatlar İnstitutu Şəki Elmi Tədqiqat Bazasının müdiri. AMEA Genetik Ehtiyatlar İnstitutunun dissertantı olmuş, bioloji ehtiyatlar ixtisası üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
23 may 1979-cu il tarixdə Şəki rayonunun Baş Şabalıd kəndində anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1996 – 2000-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında bakalavr pilləsi üzrə,
2005 – 2008-ci illərdə isə magistr pilləsi üzrə təhsil alıb.
2014 – 2023-cü illərdə AMEA Genetik Ehtiyatlar İnstitutunun dissertantı olub.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
2004 – 2021-ci illərdə AMEA Şəki Regional Elmi Mərkəzində işləyib; o cümlədən,
2004 – 2017-ci illərdə böyük laborant,
2017 – 2021-ci illərdə isə Elmi Mərkəzin Bitki biomüxtəlifliyi və genofond şöbəsinin rəhbəri vəzifəsini tutub.
2021-ci ilin avqust ayından AMEA Genetik Ehtiyatlar İnstitutu Şəki Elmi Tədqiqat Bazasının müdiridir.
Hərbi xidmətdə[redaktə | HTML redaktə]
2000 – 2002-cü illərdə zabit kimi həqiqi hərbi xidmətdə olub.
Elmi işləri[redaktə | HTML redaktə]
15 dekabr 2023-cü il tarixində bioloji ehtiyatlar ixtisası üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edib.
Çapdan çıxmış 15 elmi əsərin və bir kitabın müəllifidir. Gürcüstan, Türkiyə, Bolqarıstan, Ukrayna və Özbəkistanda beynəlxalq elmi konfransların iştirakçısı olmuş və elmi məqalələri dinlənilmişdir.
Ailəsi[redaktə | HTML redaktə]
Ailəlidir, 1 qızı və 1 oğulu var.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Genofond və Biomüxtəliflik şöbəsi : [arx. 27 Jul 2017 - 15 Jun 2021] // AMEA Şəki Regional Elmi Mərkəzi. — Müraciət tarixi: 23.05.2022.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |