Qafqaz Ağabalayev
Qafqaz Ağabalayev | |
---|---|
Ağabalayev Qafqaz Məhəmmədhəsən oğlu | |
Qafqaz Ağabalayev. | |
Doğum tarixi | 10 yanvar 1983 |
Doğum yeri | Kiş, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı və AMEA Şəki Regional Elmi Mərkəzi |
Elmi dərəcəsi | coğrafiya üzrə fəlsəfə doktoru |
Elmi adı | aparıcı elmi işçi |
Təhsili |
• Gəncə Dövlət Universiteti, riyaziyyat-informatika fakültəsi, bakalavriat, coğrafiya ixtisası (2000–2004) • Gəncə Dövlət Universiteti, magistratura, qiyabi (2004–2007) |
facebook səhifəsi |
Qafqaz Ağabalayev — coğrafiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının müəllimi və AMEA Şəki Regional Elmi Mərkəzinin ekoloji coğrafiya şöbəsinin rəhbəri.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
10 yanvar 1983-cü il tarixdə Şəki rayonunun Kiş kəndində anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1989 – 2000-ci illərdə Şəki rayonu Kiş kənd 1 saylı tam orta məktəbində,
2000 – 2004-cü illərdə Gəncə Dövlət Universitetinin riyaziyyat-informatika fakültəsində,
2004 – 2007-ci illərdə Gəncə Dövlət Universitetinin magistraturasında təhsil alıb.
Hərbi xidmət[redaktə | HTML redaktə]
2007 – 2008-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
2014-cü ildən AMEA-nın Şəki Regional Elmi Mərkəzinin ekoloji coğrafiya şöbəsində elmi işçi vəzifəsində çalışıb.
2023-cü ilin yanvar ayının sonundan AMEA Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin rəhbəridir.
Pedaqoji fəaliyyəti[redaktə | HTML redaktə]
2004-cü ildə Kiş kənd 1 saylı orta məktəbində və Kiş kənd Aydın Məmmədov adına 2 saylı orta məktəbində,
2005 və 2008-ci illərdə Kiş kənd Heydər Əliyev adına 1 saylı tam orta məktəbində coğrafiya müəllimi,
2012 – 2015-ci illərdə AMİ-nin Şəki filialında geodeziya, topoqrafiyanın əsasları, kartoqrafiya, hidrologiya və s. fənlər üzrə müəllim vəzifəsində çalışıb.
2015-ci ildən ADPU-nun Şəki filialında geodeziya, topoqrafiyanın əsasları, kartoqrafiya, hidrologiya və s. fənləri üzrə müəllimdir.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
2013-cü ildən AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun dissertantı olub,
2021-ci ilin oktyabr ayında dissertasiyasını müdafiə edərək coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2014 – 2023-cü illərdə bir sıra respublika və beynəlxalq səviyyəli elmi konfransların iştirakçısı olub. 22 elmi, 2 elmi-populyar məqalənin müəllifi, “Azərbaycanın Şəki-Zaqatala bölgəsinin təbii resurslarının landşaft-diaqnostik və iqtisadi xüsusiyyətləri” adlı elmi kitabın həmmüəllifidir.
2018-ci ildə AMEA-nın Şəki Regional Elmi Mərkəzində aparılan tədqiqatlar zamanı Şəki rayonundakı Kiş çayı və çayın qolları üzərində yerləşən Xudgər şəlaləsini aşkar edib.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Ağabalayev Qafqaz Məmmədhəsən oğlu : [arx. 29 Jun 2017 - 21 Feb 2023] // AMEA Şəki Regional Elmi Mərkəzi. — Müraciət tarixi: 06.06.2023.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Q
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- AMEA Şəki Regional Elmi Mərkəzinin işçiləri
- 10 yanvarda doğulanlar
- Yanvarda doğulanlar
- 1983-cü ildə doğulanlar
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr