Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Zərinə Cavadova

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Zərinə Cavadova
Cavadova Zərinə Ələkbər qızı
Zərinə Cavadova
Zərinə Cavadova (2019).
Doğum tarixi 15 sentyabr 1960(1960-09-15)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 9 may 2024 (63 yaşında)
Vəfat yeri Şəki
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İş yeri Şəki Şəhər icra hakimiyyəti (icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri)
Elmi dərəcəsi tarix elmləri namizədi
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, tarix fakültəsi (1981–1986)

 • M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti, aspirantura (1995–)
Elmi rəhbəri Yaqub Mahmudov
facebook səhifəsi

Zərinə Cavadova (1960–2024) — tanınmış pedaqoq, tarix elmləri namizədi, Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

15 sentyabr 1960-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1977-ci ildə Şəki şəhər 7 №-li orta məktəbini bitirib.

1981 – 1986-cı illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb.

1995-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin aspiranturasına daxil olub.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1977 – 1981-ci illərdə V.İ.Lenin adına Şəki İpək İstehsalat Birliyində işləyib.

1986-cı ildən Kiş kənd 6 saylı orta məktəbində müəllim,

1993-cü ildən Bakı Dövlət Universitetinin Şəki filialında müəllim,

2000-ci ildən Bakı Dövlət Universitetinin Şəki filialının bazasında yaradılmış Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında əvvəl müəllim, sonra baş müəllim və təlim-tərbiyə işləri üzrə direktor müavini,

2006-cı ildən Şəki Şəhər icra hakimiyyəti başçısının müavini və icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

2002-ci ildə “Şimal-Qərbi Azərbaycan: tarixi demoqrafik tədqiqat (XIX əsrin əvvəlləri-70-ci illəri)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Vəfatı[redaktə | HTML redaktə]

9 may 2024-cü il tarixdə – 63 yaşında, uzun sürən xəstəlikdən sonra Şəkidə vəfat edib.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Cavadova Zərinə // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 64-65. — 600 nüsx. — ISBN 5-8066-1708-4.