Adil Qəribov
Adil Qəribov | |
---|---|
Qəribov Adil Abdulxalıq oğlu | |
Adil Qəribov. | |
Doğum tarixi | 28 mart 1950 |
Doğum yeri | İbrahimkənd, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
İş yeri | Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Nüvə Tədqiqatları Mərkəzi, sədr |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | professor |
Təhsili | S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, kimya fakültəsi |
Üzvlüyü | AMEA-nın həqiqi üzvü |
Mükafatları |
|
Adil Qəribov — kimya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvi, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
28 mart 1950-ci il tarixdə Nuxa rayonunun İbrahimkənd kəndində anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1966-cı ildə Kiçik Dəhnə kənd orta məktəbini gümüş medalla bitirib.
1966 — 1972-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində,
1972 — 1976-cı illərdə isə Azərbaycan SSR Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunun aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1990 – 2001-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası/Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Tədqiqatları Sektorunda işləmiş,
1977 – 1978-ci illərdə mühəndis,
1978 – 1980-cı illərdə kiçik elmi işçi,
1980 – 1990-cı illərdə isə baş elmi işçi,
1990 – 1995-ci illərdə Heterogen sistemlərin radiasiya kimyası qrupunun rəhbəri,
1990 – 1995-ci illərdə Heterogen sistemlərin radiasiya kimyası laboratoriyasının rəhbəri olmuşdur.
2002 – 2014-cü illərdə AMEA Radiasiya Problemləri İnstitutunun direktoru vəzifəsində çalışıb.
2014-cü ildən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Nüvə Tədqiqatları Mərkəzinin sədridir.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
1979-cu ildə “Seolit və seolit tərkibli krekinq katalizatorlarına ionlaşdırıcı şüaların təsiri” mövzusunda namizədlik dissertasiyasını,
1995-ci ildə isə “Oksid və metal-oksid sistemlərinin səthində maddənin radiasiya-katalitik parçalanması proseslərində enerji daşımasının qanunauyğunluqları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
1998-ci ildə professor elmi adını alıb.
2007-ci ildə radiasiya kimya ixtisası üzrə AMEA-nın müxbir üzvü,
2014-cü ildə isə həqiqi üzvü seçilib.
Elmi nəşrlərdə 324 məqaləsi dərc olunub.
İxtiralarına görə 31 müəlliflik şəhadətnaməsi alıb.
12 elmlər namizədinin, 2 elmlər doktorunun elmi rəhbəri olub.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
- “Azərbaycan Respublikasının əməkdar elm xadimi” fəxri adı (2005);
- “Şöhrət” ordeni (2020).
Ailəsi[redaktə | HTML redaktə]
Evlidir, 2 qızı, 1 oğlu var.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Qəribov Adil // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 334-336. — 1.000 nüsx.
- "Həqiqi üzvlər:Qəribov Adil Abdulxalıq oğlu". http://www.science.gov.az (azərb.). Azərbaycan Milli Elmlər Akademiyası. 17 Nov 2015 – 20 Sep 2020 tarixində arxivləşdirilib.
- "MNTM haqqında:Sədr". http://www.mntm.az/ (azərb.). Milli Nüvə Tədqiqatları Mərkəzi. 27 Feb 2017 – 3 Jul 2020 tarixində arxivləşdirilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- A
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış görkəmli şəxslər
- Şəkidən çıxmış pedaqoqlar
- 1950-ci ildə doğulanlar
- 28 martda doğulanlar
- Martda doğulanlar
- Azərbaycan Respublikasının əməkdar elm xadimləri
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə