Ceyran Mahmudova
Ceyran Mahmudova | |
---|---|
Mahmudova Ceyran Emin qızı (Sabitoğlu) | |
Ceyran Mahmudova, 2019-cu il. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 iyul 1964 |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Atası | Emin Sabitoğlu |
|
|
Təhsili |
• Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsi (1982–1987) • Azərbaycan SSR Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun aspiranturası (1987–1990) |
Üzvlüyü | Azərbaycan Bəstəkarlar İttifaqı və ittifaqın idarə heyəti |
Mükafatları |
Ceyran Mahmudova — tanınmış musiqişünas alim, sənətşünaslıq elmləri doktoru, professor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru. Tanınmış bəstəkar Emin Sabitoğlunun qızı, görkəmli yazıçı, dramaturq və ssenarist Sabit Rəhmanın nəvəsidir.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
19 iyul 1964-cü il tarixində Bakıda anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1971 – 1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfində,
1982 – 1987-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsində,
1987 – 1990-cı illərdə Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnstitutunun aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1990 – 1996-cı illərdə AMEA Memarlıq və İncəsənət İnstitutunda kiçik elmi işçi, elmi işçi, baş elmi işçi,
1991 – 2017-ci illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında əvvəl müəllim, sonra dosent, daha sonra professor,
2017 – 2018-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi sənəti fakültəsinin dekanı vəzifəsində çalışıb.
30 iyul 2018-ci il tarixindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektorudur.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
1994-cü ildə “Azərbaycan təsniflərinin problemləri” mövzusunda namizədlik,
2012-ci ildə “Azərbaycan bəstəkarlarının mahnılarında poeziya ilə musiqinin qarşılıqlı əlaqələri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
2003-cü ildə dosent,
2017-ci ildə professor elmi adını alıb.
3 monoqrafiya, 3 dərs vəsaiti, 50-dən çox elmi, 40-dan artıq elmi-publisistik məqalənin, fənn proqramlarının və metodik göstərişlərin müəllifidir. Respublika və beynəlxalq miqyaslı bir sıra elmi konfrans və simpoziumlarda iştirak edib.
Digər[redaktə | HTML redaktə]
2010-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sənətşünaslıq və memarlıq üzrə ekspert şurasının üzvüdür.
Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin üzvüdür.
2010 – 2014-cü illərdə “AzTv” və “Mədəniyyət” televiziya kanallarında efirə getmiş “Musiqi xəzinəsi” adlı verilişinin ssenari müəllifi və aparıcısı olub.
Təltifləri[redaktə | HTML redaktə]
Filmoqrafiya[redaktə | HTML redaktə]
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Mahmudova Ceyran // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 251. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Mahmudova Ceyran Emin qızı (Sabitoğlu) : [arx. 10 May 2009 - 5 Aug 2020] // Musigi Dunyasi. — Müraciət tarixi: 18.07.2021.
- Mahmudova Ceyran Emin qızı (Sabitoğlu) // Məlumat kitabçası (2013–2019) / Azərbaycan Bəstəkarlar İttifaqı. — Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. — Bakı, 2019. — Səh.: 164–165. — 200 nüsx. — ISBN 978-9952-440-31-6.
- Rektor : [arx. 15 Dec 2013 - 3 Mar 2020] // Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti. — Müraciət tarixi: 18.07.2021.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- C
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış musiqiçilər
- 19 iyulda doğulanlar
- İyulda doğulanlar
- 1964-cü ildə doğulanlar
- "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilənlər
- Musiqiçilər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr