Faiq Çələbiyev
Faiq Çələbiyev | |
---|---|
Çələbiyev Faiq İbrahim oğlu (rus.: Фаик Челебиев) | |
Faiq Çələbiyev. | |
Doğum tarixi | 16 aprel 1948 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 30 iyul 2020 (72 yaşında) |
Vəfat yeri | Sankt-Peterburq, Rusiya |
Vətəndaşlıq | SSRİ→ Rusiya |
Elm sahəsi | musiqişünas |
İş yeri | Aleksandr Hersen adına Rusiya Dövlət Pedaqoji Universiteti |
Elmi dərəcəsi | sənətşünaslıq elmləri doktoru |
Təhsili |
• Asəf Zeynallı adına Musiqi Məktəbi (−1980) • Üzeyr Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası, tar sinfi (1980–1985) • Rusiya İncəsənət Tarixi İnstitutu, aspirantura (1985–1987) |
Faiq Çələbiyev (1948–2020) — tanınmış musiqişünas alim-tarzən, sənətşünaslıq elmləri doktoru, professor, Sankt-Peterburq azərbaycanlı icmasının görkəmli nümayəndəsi. 1985-ci ildən Leninqradda/Sankt-Peterburqda yaşamış və fəaliyyət göstərmişdir.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
16 aprel 1948-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
Nuxa şəhər 10 saylı orta məktəbində oxuyub və həm də tarzən İbad Salmanovdan tar dərsi alıb.
1980-cı ildə Asəf Zeynallı adına Musiqi Məktəbini bitirib.
1980 – 1985-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar sinfində,
1985 – 1987-ci illərdə isə Leninqradda – Rusiya İncəsənət tarixi İnstitutunun aspiranturasında təhsil alıb.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
Rusiya İncəsənət Tarixi İnstitutunun aparıcı elmi işçisi,
Aleksandr Hersen adına Rusiya Dövlət Pedaqoji Universitetinin şimal xalqları institutu fakültəsinin paleoasiya dilləri, folkloru və ədəbiyyatı kafedrasının professoru olub.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
1999-cu ildə «Azərbaycan silsilələri: musiqi formalarının problemləri» (rus.: «Азербайджанские ренги: проблемы музыкальной формы») mövzusunda namizədlik dissertasiyasını,
2009-cu ildə isə «Dəsgah morfologiyası» (rus.: «Морфология даскяха») mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.
Sənətşünaslıq mövzusunda Sankt-Peterburqda, Moskvada, Bakıda və dünyanın digər şəhərlərində çap olunmuş çoxlu sayda məqalənin müəllifidir.
Azərbaycan muğam sənəti onun əsas elmi maraq dairəsi olub.
Konsertləri[redaktə | HTML redaktə]
Rusiyada və Rusiya xaricində solist kimi konsert fəaliyyəti ilə də məşğul olub, vaxtaşırı olaraq, Avropanın akademik, eləcə də İran, Hindistan və Azərbaycan musiqiçilərinin müxtəlif ənənəvi layihələrində iştirak edib.
Vəfatı[redaktə | HTML redaktə]
30 iyul 2020-ci il tarixdə – 72 yaşında, Sankt-Peterburqda vəfat edib.
Ədəbiyyat[redaktə | HTML redaktə]
- "Фаик Челеби:Биография". http://www.philharmonia.spb.ru (русский). «Санкт-Петербургская филармония им. Д.Д.Шостаковича». 25 Jul 2014 – 6 Sep 2019 tarixində arxivləşdirilib.
- "Информация о составе педагогических (научно-педагогических) работников образовательной организации". https://herzen.spb.ru/ (русский). Российский государственный педагогический университет им. А.И. Герцена. 20 Sep 2020 tarixində arxivləşdirilib.
- "Челебиев Фаик Ибрагим Оглы". https://web.archive.org/web/20181223150026/http://diaspora.spb.ru/ (русский). Азербайджанская диаспора Санкт-Петербурга. 17 May 2016 - 21 Feb 202 tarixində arxivləşdirilib.
- "RETROSPEKTİVA – Tarda ifa edən yeganə elmlər doktoru FAİQ ÇƏLƏBİ". https://1905.az/ (azərb.). 1905.az. 07.11.2018. 9 Nov 2014 - 2 Feb 2020 tarixində arxivləşdirilib.
- "УШЕЛ ИЗ ЖИЗНИ ФАИК ЧЕЛЕБИ". http://artcenter.ru/ (русский). Российский институт истории искусств. 5 Aug 2020 - 25 Sep 2020 tarixində arxivləşdirilib.
- Abdurahmanova X. Şəkidə musiqi-etnoqrafik ekspedisiyalar // Konservatoriya : jurnal. — Bakı, 2017. — № 1 (35). Arxivləşdirilib; arxivləşdirmə tarixi: 26 iyul 2020.
Həmçinin, bax:[redaktə | HTML redaktə]
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |