Qoşqar Əliyev
Qoşqar Əliyev | |
---|---|
Əliyev Qoşqar Seyfulla oğlu | |
Qoşqar Əliyev. | |
Doğum tarixi | 10 aprel 1966 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, SSRİ |
Elmi dərəcəsi | texnika elmləri namizədi |
Elmi adı | dosent |
Təhsili |
• M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu, istehsalat proseslərinin avtomatlaşdırılması fakültəsi (1983–1984-cü və 1986–1990) • Azərbaycan SSR EA/Azərbaycan EA Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, aspirantura (1990–1994) |
İxtisası | tətbiqi riyaziyyat |
Adının digər versiyaları | Qoşqar Aliyev, Qoşqar Eliyev, Qoshqar Aliyev, Qoshqar Eliyev, Гошгар Әлијев, Гошгар Алиев |
Qoşqar Əliyev — texnika elmləri namizədi, AMEA Qeyri-üzvi Kimya İnstitutunun Kimya texnoloji proseslərin modelləşdirilməsi laboratoriyasında aparıcı elmi işçisi, Qərbi Kaspi Universitetinin dosenti.
Haqqında məlumatlar[redaktə | HTML redaktə]
10 aprel 1966-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[redaktə | HTML redaktə]
1973 – 1983-cü illərdə Şəki şəhər 7 №-li orta məktəbində,
1983 – 1984-cü və 1987 – 1990-cı illərdə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun istehsalat proseslərinin avtomatlaşdırılması fakültəsində,
1990 – 1994-cü illərdə Azərbaycan SSR EA/Azərbaycan EA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aspiranturasında təhsil alıb.
Hərbi xidməti[redaktə | HTML redaktə]
1984 – 1986-cı illərdə həqiqi hərbi xidmətdə olub.
Əmək fəaliyyəti[redaktə | HTML redaktə]
1990-cı ildə Azərbaycan SSR Elmlər Akademiyası Kimya Problemləri İnstitutuna mühəndis vəzifəsinə işə götürülüb. Müxtəlif illərdə kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi aparıcı elmi işçi vəzifələrində çalışıb. Hal-hazırda Kataliz və kimya texnoloji proseslərin modelləşdirilməsi laboratoriyasında aparıcı elmi işçidir.
Pedaqoji fəaliyyəti[redaktə | HTML redaktə]
2012-ci ildən Qərbi Kaspi Universitetinin Kompüter texnologiyaları kafedrasının dosentidir (əvvəlcə əvəzçilik müqaviləsi əsasında, sonra saat hesabı ödənişlə). Multimedia texnologiyaları, kompüter qrafikası və multimedia, dövrәlər nәzәriyyәsi, ixtisas üzrə praktikum, problemyönlü proqramlaşdırma, internet texnologiyaları, turizmdə informasiya texnologiyaları, iqtisadi informatika, psixologiyada riyazi metodlar və politologiyada riyazi statistika fənlərini tədris edir.
Elmi fəaliyyəti[redaktə | HTML redaktə]
1995-ci ildə “Mılonaft və sulfanolun neftdaşıyıcı layların məsaməli mühitində izotermik olmayan adsorbsiya proseslərinin modelləşdirilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib və texnika elmləri namizədi elmi dərəcəsi alıb.
O, 62 elmi əsərin müəllifidir. Onlardan 35-i məqalə (11-i xaricdə), 27-i tezisdir.
Təltif və mükafatları[redaktə | HTML redaktə]
İstinadlar[redaktə | HTML redaktə]
Ədəbiyyat[redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Əliyev Qoşqar // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 101-102. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
- Əliyev Qoşqar Seyfulla oğlu : [arx. 03.08.2022] : [azərb.] // Azərbaycan Milli Elmlər Akademiyası 1995 - 2024. — Müraciət tarixi: 14.04.2024.
- Qoşqar Əliyev // Western Caspian University. — Müraciət tarixi: 14.04.2024.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Q
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış alimlər
- Şəkidən çıxmış pedaqoqlar
- 10 apreldə doğulanlar
- Apreldə doğulanlar
- 1966-cı ildə doğulanlar
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə
- Şəki Ensiklopediyası:Çapa hazır məqalələr