Çingiz Axundov
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 20:55, 6 noyabr 2021 tarixli dəyişiklik
Çingiz Axundov — həndbol üzrə beynəlxalq dərəcəli hakim, texnika elmləri namizədi. Uzun müddət Azərbaycan Memarlıq və İnşaat Universitetində dosent vəzifəsində çalışıb.
Çingiz Axundov | |
---|---|
Axundov Çingiz Məmməd oğlu | |
Çingiz Axundov (solda). | |
Doğum tarixi | 17 dekabr 1931 |
Doğum yeri | Nuxa (indiki Şəki), Azərbaycan SSR, ZSFSR, SSRİ |
İdman növü | həndbol |
Haqqında məlumatlar
17 dekabr 1931-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili
1955-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirib.
Elmi fəaliyyəti
1968-ci ildə texnika elmləri namizədi elmi dərəcəsi alıb.
Əmək fəaliyyəti
1970 – 2011-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində dosent vəzifəsində çalışıb.
2011-ci ildən əmək təqaüdündədir.
İdman fəaliyyəti
1967-ci ildə İsveçdə keçirilən kişilər arasında həndbol üzrə dünya çempionatının final mərhələsində hakimlik etmişdir.
Ədəbiyyat
- Axundov Çingiz Məmməd oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya : [25 cilddə] (tiraj: 10 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2009. —I c. — Səh. 217. — ISBN 978-9952-441-02-4.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |