Çingiz Axundov — həndbol üzrə beynəlxalq dərəcəli hakim, texnika elmləri namizədi. Uzun müddət Azərbaycan Memarlıq və İnşaat Universitetində dosent vəzifəsində çalışıb.

Çingiz Axundov
Axundov Çingiz Məmməd oğlu
Çingiz Axundov
Çingiz Axundov (solda).
Şəxsi məlumatlar
Doğum tarixi 17 dekabr 1931 (1931-12-17) (92 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Uşaqları Azər və Nigar
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İdman növü həndbol

Haqqında məlumatlar

17 dekabr 1931-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1955-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirib.

Elmi fəaliyyəti

1968-ci ildə texnika elmləri namizədi elmi dərəcəsi alıb.

Əmək fəaliyyəti

1970 – 2011-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində dosent vəzifəsində çalışıb.

2011-ci ildən əmək təqaüdündədir.

İdman fəaliyyəti

1967-ci ildə İsveçdə keçirilən kişilər arasında həndbol üzrə dünya çempionatının final mərhələsində hakimlik etmişdir.

Ədəbiyyat

  1. Axundov Çingiz Məmməd oğlu // Azərbaycan Milli Ensiklopediyası : ensiklopediya  : [25 cilddə] (tiraj: 10 000; 608 s.). — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2009. —I  c. — Səh. 217. — ISBN 978-9952-441-02-4.