Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Ümid Süleymanov

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) (→‎Ədəbiyyat) tərəfindən edilmiş 18:32, 14 dekabr 2022 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Ümid Süleymanov
Süleymanov Ümid Süleyman oğlu
Ümid Süleymanov
Ümid Süleymanov, 1979.
Digər adı Umud Süleymanov
Doğum tarixi 25 dekabr 1903(1903-12-25)
Doğum yeri Dövrus (Tovruz) kəndi, Zəngəzur qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 1982(1982-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00) (79 yaşında)
Vəfat yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ
Təhsili

 • Azərbaycan mərkəzi partiya məktəbi(–1924)

 • Leninqrad Ümumittifaq kommunist darülfununu (–1932)

 • ÜK(b)P MK yanında birillik rəhbər partiya və sovet işçiləri hazırlayan kurs (–1949, Moskva)
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
Lenin ordeniI dərəcəli "Vətən Müharibəsi" ordeni"Şərəf Nişanı" ordeni"Qafqazın müdafiəsinə görə" medalı

Ümid Süleymanov (1903–1982) — sovet dövründə Azərbaycanda tanınmış partiya işçisi və rəhbər kadr olmuş şəxs. 1948-cı ildə Azərbaycan KP Nuxa şəhər komitəsinin birinci katibi vəzifəsində işləyərkən Nuxa rayonunda tütün tədarükü üzrə yüksək nailiyyətin əldə olunmasına görə “Sosialist Əməyi Qəhrəmanı” adını almışdır.

Haqqında məlumatlar

25 dekabr 1903-cü il tarixdə Zəngəzur qəzasının Dövrus (Tovruz) kəndində yoxsul kəndli ailəsində anadan olub.

Təhsili

1924-cü ildə Azərbaycan mərkəzi partiya məktəbini.

1932-ci ildə Leninqrad Ümumittifaq kommunist darülfununu,

1949-cu ildə ÜK(b)P MK yanında birillik rəhbər partiya və sovet işçiləri hazırlayan kursu (Moskva) bitirib.

Əmək fəaliyyəti

Ümüd Süleymanov2.jpg
Ümüd Süleymanov3.jpg
Ü.Süleymanovun gənclik dövrünə aid fotoşəkilləri.

1917 – 1920-ci illərdə Zəngəzur qəzasının Qəzyan və Xoca Sahlı kəndlərində muzdurluq edib.

1921 – 1924-cü illərdə rəhbər komsomol işlərində,

1930 – 1940-cı illərdə Stalin adına Milpambıq sovxozunda, Karyagin (indiki Füzulli), Lerik və Lənkəran rayonlarında rəhbər vəzifələrdə çalışıb.

1940-cı ildən – 1941-ci ilin iyul ayına qədər Azərbaycan SSR yeyinti sənayesi komissarının müavini,

1941-ci ilin iyul ayından Azərbaycan K(b)P Lənkəran rayon komitəsinin birinci katibi,

1946-cı ilin fevral ayından 1951-ci ilin aprel ayınadək Azərbaycan K(b)P Şəki şəhər komitəsinin birinci katibi olub.

Təltif və mükafatları

İctimai-siyasi fəallığı

1939-cu ildə Moskvada keçirilmiş ÜİK(b)P-nın XVIII qurultayının nümayəndəsi olub[1].

1938, 1947 və 1950-ci illərdə birinci, ikinci və üçüncü çağırış Azərbaycan SSR Ali Sovetinin,

19471950-ci illərdə ikinci və üçüncü çağırış Nuxa rayon Sovetinin deputatı seçilib.

Vəfatı

1982-ci ildə – 79 yaşında, Bakıda vəfat edib.

İstinadlar

Ədəbiyyat

  1. Делегаты XVIII-го съезда ВКП(б) 10 - 21.3.1939 : [arx. 21 Jul 2020 - 23 Aug 2020] : [rus.] // Справочник по истории Коммунистической партии и Советского Союза 1898 - 1991. — Müraciət tarixi: 24.09.2021.
  2. Сулейманов Умуда Сулейман-оглы : Документы о награждении : [arx. 18.09.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 18.09.2021.
  3. Сулейманов Умуд Сулейманович : Документы без привязки к году : [arx. 18.09.2021] : [rus.] // Память народа. — Müraciət tarixi: 18.09.2021.
  4. Указ Президиума Верховного Совета СССР «О присвоении звания Героя Социалистического Труда передовикам сельского хозяйства Азербайджанской ССР» от 1 июля 1949 г.  // Ведомости Верховного Совета СССР. — 29.07.1949. — № 37 (584). — С. 2.
  5. Kommunistlərlər bitərəflər ittifaqı namizədləri / Sədaqətli partiya işçisi = Коммунистләрлә битәрәфләр иттифагы намизәдләри / Сәдагәтли партия ишчиси // Oruc Hacıyev (məsul redaktor əvəzi) Nuxa fəhləsi : qəzet. — Nuxa, 1951. — Səh. 2.
  6. Историческая география Западного Азербайджана. — Баку: Азербайджан, 1998. — Səh.: 237.
  7. Исмаилов Э. Азербайджан: 1953—1956. Первые годы «оттепели». — Баку: Адильоглы, 2006. — Səh.: 179—180.

Həmçinin, bax: