İkram Ağasıyev

Aydinsalis (Müzakirə | töhfələr) (Səhifəni '[[Kateqoriya:{{padleft:|1|{{PAGENAME}}}}]]{{Əvvəlcə familiya|{{PAGENAME}}}}Kateqoriya:Şəkidən çıxmış alimlə...' ilə yarat) tərəfindən edilmiş 19:40, 1 oktyabr 2023 tarixli dəyişiklik
(fərq) ←Əvvəlki versiya | Hal-hazırkı versiya (fərq) | Sonrakı versiya→ (fərq)

İkram Ağasıyev — tarix üzrə elmlər doktoru, dosent, AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiri.

İkram Ağasıyev
Ağasıyev İkram Kərim oğlu
İkram Ağasıyev
İkram Ağasıyev.
Doğum tarixi 18 oktyabr 1963 (1963-10-18) (60 yaş)
Doğum yeri Biləcik, Vartaşen rayonu[qeyd 1], Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Elm sahəsi tarix
İş yeri AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu, Azərbaycanın sovet dövrü tarixi şöbəsi (şöbənin müdiri)
Elmi dərəcəsi tarix üzrə elmlər doktoru
Elmi adı dosent
Təhsili Volın Dövlət Universiteti (Lutsk, Ukrayna)
facebook səhifəsi

Haqqında məlumatlar

18 oktyabr 1963-cü il tarixdə Vartaşen rayonunun (hal-hazıərda Şəki rayonunun)[qeyd 1] Biləcik kəndində anadan olub.

Təhsili

Volın Dövlət Universitetini (Lutsk, Ukrayna) bitirib.

Elmi fəaliyyəti

Vətən tarixi ixtisası üzrə “Volın Quberniyasında alman koloniyaları (XVIII əsrin sonu-XX əsrin əvvəlləri)” mövzusunda namizədlik, Ümumi tarix ixtisası üzrə “Qafqazda alman koloniyalarının yaranması və onun regional xüsusiyyətləri (Şimali Qafqaz və Gürcüstanın nümunəsində)” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 115-dir (31-i xaricdə, o cümlədən 5-i beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda olmaqla).

Əmək fəaliyyəti

AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Azərbaycanın sovet dövrü tarixi şöbəsinin müdiridir.

Pedaqoji fəaliyyəti=

2003-cü ildən Bakı Biznes Universitetində Azərbaycan tarixindən,

2010-cu ildən isə kargüzarlıq və beynəlxalq yazışmalar fənnidən dərs deyir. Həmçinin paralel olaraq müxtəlif illərdə digər ali təhsil müəssisələrində müxtəlif fənlərdən dərs deyib.

Təltif və mükafatları

  • Azərbaycan Respublikası Təhsil Nazirinin Fəxri fərmanı – 2008-ci ildə yüksək ixtisaslı kadrların hazırlanmasında elmi-pedaqoji fəaliyyətinə görə (2008);
  • Alman – Azərbaycan cəmiyyəti tərəfindən Diplomu – Almaniya – Azərbaycan dostluq ənənələrinin inkişafında xidmətlərinə görə (2009);
  • AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktorunun Təşəkkürnaməsi – Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxa-nov adına Tarix İnstitutunun Azərbaycan Tarix Qurumu ictimai birliyinin iştirakı ilə 2013-cü il dekabrın 6-7-də Azərbaycan Respublikasının Bakı şəhərində keçirdiyi “XIX əsrin əvvəllərində Qafqaz müharibələri və onların nəticələri”nə həsr olunmuş beynəlxalq elmi konfransda iştirakına və maraqlı məruzə ilə çıxışına görə (2013).

Qeydlər

  1. 1,0 1,1 4 yanvar 1963-cü il tarixdə Nuxa rayonu ləğv edilmiş, 1965-ci ilin yanvar ayınadək Nuxa şəhəri istisna olmaqla keçmiş Nuxa rayonunun bütün ərazisi Vartaşen rayonunun tərkibində olmuşdur. Bundan sonra – 1965-ci ildə, bir müddət keçmiş Nuxa rayonunun ərazisinin yarısı Vartaşen, yarısı isə Qax rayonlarının tərkibində olub. 1965-ci ilin iyun ayında Nuxa rayonu əvvəlki hüdudlarında bərpa edilib.

Ədəbiyyat

  1. Tarix İnstitutunun elmlər doktorları : Ağasiyev İkram Kərim oğlu : [arx. 2 Dec 2021 - 17 Aug 2022] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 01.10.2023.