Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

İlqar Bürcəliyev

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
İlqar Bürcəliyev
Bürcəliyev İlqar Vüqar oğlu
İlqar Bürcəliyev
İlqar Bürcəliyev, 2019-cu il.

İlqar Bürcəliyev (2001–2020) — Vətən müharibəsində şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Azərbaycanın xalq artistləri – teatr və kino aktyorları Məmməd BürcəliyevSədayə Mustafayevanın nəvəsidir[qeyd 1].

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

İlqar Bürcəliyevin qəbri, Gəncə Şəhidlər Xiyabanı.

11 mart 2001-ci il tarixdə Moskvada (Rusiya Federasiyası) anadan olub.

Uşaqlıqdan futbola maraq göstərib. 13 yaşından “Vətən” futbol klubunda, 16 yaşından “Kəpəz” futbol klubunda oynamış, daha sonra “Zirə” futbol klubuna transfer edilmişdir. Həmçinin, “Kəpəz” futbol klubunda oynayarkən, futbol üzrə Azərbaycanın U-17 Milli Komandasının sıralarına da dəvət edilib. 2019-cu il iyul ayının 22-də həqiqi hərbi xidmətə yollandığı üçün futbol karyerasını müvəqqəti olaraq dondurub.

Vətən müharibəsinin ikinci günündə – 28 sentyabr 2020-ci il tarixində, Tərtərin Talış kəndi və Talış yüksəkliyi uğrunda gedən qızğın döyüşdə düşmənin snayper gülləsinə tuş gələrək 19 yaşında qəhrəmancasına həlak olub.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Qeydlər[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. İlqar Bürcəliyev Məmməd BürcəliyevSədayə Mustafayevanın nəvəsi yox, əslində nəticəsidir; belə ki, Məmməd Bürcəliyev oğlu Cavidanın oğlunu – öz nəvəsi Anarı, rəsmən oğulluğa götürmüşdür.

İstinadlar[Vizual/Mobil redaktə | HTML redaktə]

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında : [arx. 15 Dec 2020 - 6 Oct 2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2020. — 15 dekabr. — Müraciət tarixi: 21.12.2021.
  2. ...
  3. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında : [arx. 22.12.2021] // Azərbaycan Respublikası Müdafiə Nazirliyi. — 2020. — 29 dekabr. — Müraciət tarixi: 04.12.2021.
  4. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı : “Suqovuşanın azad olunmasına görə” medalı ilə : [arx. 05.11.2021] // Azərbaycan Müdafiə Nazirliyi. — 2021. — 5 noyabr. — Müraciət tarixi: 21.12.2021.

Video-çarxlar[Vizual/Mobil redaktə | HTML redaktə]

Bildiriş[Vizual/Mobil redaktə | HTML redaktə]

...