Şəkinin səsi (qəzet)
“Şəkinin səsi” qəzeti — 15 iyun 1993-cü il tarixdə Salis və Aydın Məmmədovların təsisçiliyi ilə Şəkidə nəşrə başlamış ictimai-siyasi qəzet. Uzun müddət “İpəkçi” qəzeti ilə birləşmiş nömrə kimi çap olunmuşdur. Sonuncu – 446-cı sayı, 11 sentyabr 2018-ci il tarixdə çıxıb. 2007-ci ildən internet saytı fəaliyyət göstərir.
![]() | |
---|---|
“Şəkinin səsi” qəzetinin birinci sayında loqosu. | |
Növ | ictimai-siyasi qəzet |
Təsisçilər | Salis Məmmədov və Aydın Məmmədov |
Baş redaktor | Aydın Məmmədov |
Yaranma tarixi | 1993 |
Dil | azərbaycan dili |
Ünvanı | Şəki |
Əlaqəli qəzetlər | “İpəkçi” |
Onlayn arxivlər | https://lent.ipekchi.info/q%C9%99zetin-pdf-arxivi |
http://shekininsesi.shaki.info/ |
Baş redaktorlarıRedaktə
- Salis Məmmədov (1993–2009);
- Aydın Məmmədov (2009-cu ildən).
ŞəkillərRedaktə
“Şəkinin səsi” və “İpəkçi” qəzetlərinin həmtəsisçisi və baş redaktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti Salis Məmmədov (1932–2009), 2007-ci il.
Şəki şəhər İcra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov “İpəkçi” qəzetinin 85, və “Şəkinin səsi” qəzetinin 25 illik yubileyləri münasibətilə və media sahəsində səmərəli fəaliyyətinə görə hər iki qəzetin baş redaktoru Aydın Məmmədova Şəki şəhər İcra hakimiyyətinin Fəxri fərmanını təqdim edərkən, 13 iyun, 2018-ci il.
© 2019 – 2023 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |