Şablon:15 avqust
Bu şablon günə uyğun olaraq müəyyən sayda məqalənin xülasəsinin avtomatik olaraq və növbəli şəkildə bir-bir Şəki Ensiklopediyasının Ana səhifəsində yerləşdirilməsi üçündür;
Xəbər-xülasələr aşağıdakı kimi görünəcəkdir ↓
Tanınmış energetik-mühəndis Mustafa Qədimov (1909–1992) 15 avqust 1909-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub. O, bir sıra sənaye müəssisələrinin, o cümlədən, V.İ.Lenin adına Nuxa İpək Kombinatının direktoru vəzifəsində çalışmış, həmçinin, bir müddət Nuxa şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur. Şəkil: Mustafa Qədimov.
|
Memarlıq elmləri namizədi, Azərbaycan SSR əməkdar arxitektoru Nərgiz Əsgərzadə (1929–2016) 15 avqust 1929-cu il tarixdə Bakıda pedaqoq ailəsində anadan olub. O, 1971 – 1990-cı illərdə Azərbaycan SSR Nizami adına Ədəbiyyat Tarixi Muzeyinin direktor müavini, 1990–2007-ci illərdə isə AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. Şəkil: Nərgiz Əsgərzadə.
|
|
Tanınmış teatr aktyoru Vahab Allahverdiyev (1958–2012) 15 avqust 1958-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Böyük Dəhnə kəndində anadan olub. O, uzun müddət Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının aktyoru olmuşdur. Şəkil: Vahab Allahverdiyev.
|
Tanınmış din xadimi, Şəki–Zaqatala bölgəsinin qazısı Hacı Səlim əfəndi (1940–2019) 15 avqust 2019-cu il tarixdə – 79 yaşında, Şəkidə vəfat edib. O, 1987-ci ildə Şəki–Zaqatala zonasına qazı təyin olunmuş və ömrünün sonuna qədər həmin vəzifədə çalışmışdır. Şəkil: Hacı Səlim əfəndi, 2018-ci il.
|
|
Tanınmış hüquqşünas, Şəki rayon Xalq Məhkəməsinin sədri Tacəddin Aslanov 15 avqust 1978-ci il tarixdə – 48 yaşında, Şəkidə ürək tutmasından vəfat edib. O, 1970 və 1975-ci illərdə Şəki Rayon Xalq Məhkəməsinin hakimi seçilmişdir. 1975-ci ildən həm də Şəki Rayon Xalq Məhkəməsinin sədri idi. Şəkil: Tacəddin Aslanov.
|
|
Həmçinin, bax:[redaktə | HTML redaktə]
Xülasə sayı: 5 (Nəzərə alın ki, əgər yuxarıda 3 xülasə varsa, burada – “Xülasə sayı” parametrində, say “4” göstərilə bilməz, əks-halda xəta baş verəcəkdir; başqa sözlə, burada – “Xülasə sayı” parametrində, göstərilən say yuxarıdakı xülasə sayına uyğun olmalıdır və əgər uyğun deyilsə bu linki açmaqla müvafiq şablonun keçid verilən alt hissəsində əllə düzəliş edilməlidir.)