Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Hacı Səlim əfəndi

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Hacı Səlim əfəndi
Səfərov Səlim Rəhim oğlu
Hacı Səlim əfəndi
Hacı Səlim əfəndi, 2018-ci il.
Doğum tarixi 19 mart 1940(1940-03-19)
Doğum yeri Nuxa, Nuxa rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 15 avqust 2019 (79 yaşında)
Vəfat yeri Şəki, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Fəaliyyəti Şəki – Zaqatala bölgəsinin qazısı
Fəaliyyət illəri 1987 – 2019

Hacı Səlim əfəndi (Səfərov Səlim Rəhim oğlu; 1940 – 2019) — tanınmış din xadimi, Şəki – Zaqatala bölgəsinin qazısı.

Haqqında məlumatlar[redaktə | əsas redaktə]

19 mart 1940-cı il tarixdə Nuxada anadan olub.

Təhsili[redaktə | əsas redaktə]

1959-cu ildə Nuxada fəhlə-gənclər məktəbini bitirib.

1974 – 1980-cı illərdə Yusif Məmmədzadədən dini təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | əsas redaktə]

1964 – 1980-cı illərdə müxtəlif sahələrdə çalışıb.

1980-cı ildə Şəki Cümə məscidinə naibi-imam (imam köməkçisi) təyin olunub.

1980-cı ildə Şəki Cümə məscidinə baş imam təyin olunub.

1987-ci ildə Şəki – Zaqatala zonasına qazı təyin olunub və ömrünün sonuna qədər – 16 avqust 2019-cu il tarixədək, həmin vəzifədə çalışıb.

Digər[redaktə | əsas redaktə]

1961 – 1964-cü illərdə sovet ordusunda hərbi xidmətdə olub.

1983-cü ildə Həcc ziyarətinə gedib.

1985-ci ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin xətti ilə Türkiyədə bir aylıq səfər edib.

1990-cı ildə 129 nömrəli Şəki birinci şəhər seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizəd göstərilib, lakin seçkinin nəticələri ləğv edilib və təkrar seçki təyin olunub; təkrar seçkidə iştirak etməyib.

Vəfatı[redaktə | əsas redaktə]

15 avqust 2019-cu il tarixdə – 79 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat[redaktə | əsas redaktə]

Həmçinin, bax:[redaktə | əsas redaktə]