Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Şablon:Bilirsinizmi?

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 19:39, 5 iyul 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Azad Cəfərli.jpg
  • 4 iyul 2023-cü il tarixdə humanitar hüquq və insan hüquqları üzrə elmlər namizədi Azad Cəfərlinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunması xəbəri internetdə yayılıb (bəzi məlumata görə isə o, ən geci iyun ayının ortalarından həmin vəzifədə çalışır)


Süleyman Süleymanlı.jpg
İslam Hacıaliyev.jpg
  • 16 – 26 iyun 2023-cü il tarixləri arasında Bakıda keçirilmiş sahmat üzrə 8-10-12-14-16-18 yaşlı oğlanlar və qızlar arasında Azərbaycan birinciliyində Şəki Şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin şahmatçıları – FİDE Ustası (FM) Süleyman Süleymanlıİslam Hacıalıyev, öz yaş qruplarında (müvafiq olaraq 18 və 16 yaş) ikinci yerləri tutaraq Avropa çempionatına vəsiqə qazanıblar.


Elvin Hüseynəliyev.jpg
  • 25 iyun 2023-cü il tarixdə Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Elvin Hüseynəliyev III dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub. O, Vətən müharibəsi iştirakçısıdır və 2022-ci ilin sentyabr ayında Kəlbəcər döyüşlərində yaralanmışdır.


Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə).jpeg


Fikrət Əsgərov.jpg


Rasim Abbaszadə.jpg
  • 8 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi keçirdiyi respublika fənn olimpiadalarının nəticələrini açıqlayıb. Qaliblərin arasında Şəkidəki Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin şagirdi Rasim Abbaszadə də var. O, aşağı (8-9-cu sinif) yaş qrupunda biologiya fənni üzrə Qızıl medal alıb.


Aydin Suleymanli 2017.jpg


Süleyman Süleymanlı.jpg
  • 12 – 22 aprel 2023-ci il tarixləri arasında Yunanıstanın Rodos şəhərində keçirilən 7 – 17 yaşlı məktəblilər arasında şahmat üzrə Dünya çempionatında FİDE Ustası (FM) Süleyman Süleymanlı Gümüş medal qazanıb (U17 yaş kateqoriyası, oğlanlar arasında).


Vahid Qəniyev.JPG
  • 19 mart 2023-cü il tarixdə Şəki şəhərinin və Şəki rayonunun sabiq meri Vahid Qəniyev 93 yaşında Şəkidə vəfat edib. O, 1971 – 1991-ci illərdə əvvəl Şəki şəhər, sonra isə Şəki rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır.


Aqaəli Cəlilov.jpg
  • 14 mart 2023-cü il tarixdən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisinin səlahiyyətini Aqaəli Cəlilov icra etməyə başlayıb. O, 2014-cü ildən M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin direktorudur.
Şablondan istifadə təlimatı[yarat]
Xəbərlər arxivi>>