Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə)

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Şəkinin Orta əsrlər tarixi
(Tağı Musəvinin tədqiqatları üzrə)
“Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə)” kitabı, üz qabığının görünüşü.
“Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə)” kitabı, üz qabığının görünüşü.
Müəlliflər Həsənov R.,
Məmmədov A.
Orijinalın dili azərbaycanca
Ölkə Azərbaycan
Şəhər Bakı
İl 2023
Rəssam Asim Abbasov
Nəşriyyat Elm və təhsil
Nəşr AMEA Şəki Regional Elmi Mərkəzi
Səhifə 150
Tiraj 500
  ISBN 978-9952-568-30-1
elektron versiyası

Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə) — AMEA Şəki Regional Elmi Mərkəzi Tarixi irs və etnoqrafiya şöbəsinin müdiri Rahim Həsənovun və M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin əməkdaşı Aydın Məmmədovun birlikdə tərtib etdikləri kitab.

Haqqında məlumatlar

2023-cü ilin iyun ayının 22-də Bakıda “Elm və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində çap olunub. Kitabın nəşrinə AMEA Şəki Regional Elmi Mərkəzi Elmi Şurasının 21 aprel 2023-cü il tarixli 3 №-li protokoluna əsasən icazə verilib. Kitabın elmi redaktoru tarix elmləri doktoru, professor Mehman Süleymanovdur. Kitab 150 səhifədən ibarətdir və Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə ithaf edilib. Kitaba millət vəkili Vüqar İsgəndərov ön söz yazıb.

Məzmunu

Kitabda tədqiqatçı alim Tağı Musəvinin 1969-cu ildə “Şəki fəhləsi” qəzetində hissə-hissə çap olunmuş “Şəkinin orta əsrlər tarixi haqqında” adlı geniş məqaləsinin elmi-tənqidi mətni, XVI – XVIII əsrlər Şəkisinə aid tərcümə etdiyi rəsmi sənədlər öz izahları ilə birlikdə geniş oxucu kütləsinə təqdim olunur. Tağı Musəvinin bu araşdırmalarında əsasən XVI əsrin başlanğıcı ilə XVIII əsrin 40-cı illəri arasındakı dövrdə Şəki ilə Səfəvilər dövləti arasındakı münasibətlər, Şəkinin Səfəvilər dövlətində mövqeyi, bölgədə baş verən ictimai-siyasi prosseslər və s. məsələlər yer almışdır.

Təqdimatı

19 yanvar 2024-cü il tarixdə Şəki Heydər Əliyev Mərkəzində kitabın təqdimat mərasimi keçirilib. Təqdimatda deputat Vüqar İskəndərov, Şəki şəhər icra hakimiyyəti başçısının müavini Elman İmamverdiyev, AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif Şükürlü, M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin direktoru Aqaəli Cəlilov və digər vəzifəli şəxslər, həmçinin rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, media təmsilçiləri iştirak ediblər. Çıxış edənlər Tağı Musəvinin Azərbaycanın Orta əsrlər tarixinin öyrənilməsində rolundan söz açmış, bu kitabın Şəkinin Orta əsrlər tarixinin öyrənilməsi işində xüsusi əhəmiyyətini vurğulamışlar. Tədbirin sonunda kitabın tərtibçiləri Şəkinin tarixinin və mədəniyyətinin öyrənilməsi işinə verdikləri töhfələrə görə Azərbaycan Respublikası Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin Fəxri fərmanı ilə təltif olunublar. Həmin gün Kanal S televiziya kanalının xəbərlər buraxılışında kitabın təqdimatı ilə bağlı məlumat gedib. 22 yanvarda AMEA-nın saytında, 24 yanvarda isə “Mədəniyyət” qəzetində və həmin qəzetin saytında təqdimatla bağlı xəbər dərc olunub.

Ədəbiyyat

  1. Şəkinin Orta əsrlər tarixinə dair kitab çapdan çıxıb : [arx. 28.06.2023] // Mədəniyyət qəzeti. — 2023. — 27 iyun. — Müraciət tarixi: 28.06.2023.
  2. Şəkinin orta əsrlər tarixini əks etdirən tədqiqat əsəri təkrar nəşr olunub : [arx. 20.11.2023] // Azərbaycan Milli Elmlər Akademiyası. — 2023. — 20 noyabr. — Müraciət tarixi: 20.01.2024.
  3. “Şəkinin orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə)” kitabının təqdimatı olub : [arx. 22.01.2024] // Azərbaycan Milli Elmlər Akademiyası. — 2024. — 22 yanvar. — Müraciət tarixi: 20.01.2024.
  4. Şəkinin Orta əsrlər tarixinə dair nəşrin təqdimatı // Mədəniyyət : qəzet. — Bakı, 2024. — В. 24 yanvar. — Səh. 4. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 25 Jan 2024 - 26 Jan 2024.
  5. Şəkinin Orta əsrlər tarixinə dair nəşrin təqdimatı : [arx. 24.01.2024] // Mədəniyyət qəzeti. — Müraciət tarixi: 30.01.2024.

Həmçinin, bax:

Video

Digər