Aydın Məmmədov00.png
Logo1234.png
Şəki Ensiklopediyasına maliyyə dəstəyi göstərmək istəyən hər bir şəxs
4169 7413 0538 5039 (08/22 VISA)
Kapital Bank kart hesabımıza istədiyi məbləğdə ianə köçürə bilər.   Daha ətraflı
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Azad Cəfərli

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Azad Cəfərli
Azad Məhyəddin oğlu Cəfərli
Azad Cəfərli.jpg
Azad Cəfərli.
bayraqMədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisibayraq
22 fevral 2021 — vəzifədədir
Sələfi Zakir Sultanov
Şəxsi məlumatlar
Doğum tarixi 1 fevral 1978 (1978-02-01) (43 yaş)
Doğum yeri Bakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ→Flag of Azerbaijan.svg Azərbaycan
Atası Cəfərov Məhyəddin Camalıddin oğlu
Təhsili M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti (bakalavriat: 1994−1999; magistratura: 1999−2001)
Elmi dərəcəsi L.L.M.
facebook səhifəsi

Azad Cəfərli — humanitar hüquq və insan hüquqları üzrə elmlər namizədi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

1 fevral 1978-ci il tarixdə Bakıda anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1994 − 1999-cu illərdə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə bakalavr,

1994 − 1999-cu illərdə isə beynəlxalq münasibətlər ixtisası üzrə magistr təhsili alıb;

“İşğal olunmuş ərazilərdə mədəni sərvətlərin qorunması” mövzusunda diplom müdafiəsi edib.

Beynəlxalq hüquq və beynəlxalq münasibətlər sahəsində bir sıra kurslarda iştirak edib və bir sıra təlimlərə qatılıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

1999-cu ildən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində əmək fəaliyyətinə başlayıb; o cümlədən,

2004 – 2008-ci illərdə Azərbaycanın BMT-nin Cenevrə bölməsi yanındakı Daimi Nümayəndəliyində,

2008 – 2012-ci illərdə Xəzər dənizinin hüquqi statusu, dəniz ətraf mühitinin qorunması, insan hüquqları və digər sahələrdə çalışıb.

2012 – 2016-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Beynəlxalq əlaqələr şöbəsinin müdiri,

2016 – 2021-ci illərdə Aparatının rəhbəri olub.

22 fevral 2021-ci il tarixindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisidir.

Elmi və pedaqoji fəaliyyəti[redaktə | HTML redaktə]

Cenevrə İnsan hüquqları Akademiyasının Beynəlxalq humanitar hüquq və insan hüquqları üzrə elmlər namizədi (L.L.M.) dərəcəsini alıb.

Beynəlxalq hüquq və dövlət xidmətlərinin göstərilməsi mövzusunda bir sıra məqalələrin müəllifidir.

“Qərb” Universitetində, ADA Universitetində və “ASAN xidmət”in Təlim mərkəzində beynəlxalq hüquq, danışıqların aparılması, dövlət xidmətlərinin göstərilməsi konsepsiyası üzrə qabaqcıl təcrübə mövzularında yerli və əcnəbi dinləyicilərə mühazirələr oxuyub.

Ailəsi[redaktə | HTML redaktə]

Əslən (həm ata və həm də ata tərəfdən) Şəkidəndir. Atası Məhyəddin Cəfərov vaxtilə Əmircan qəsəbə savetinin sədri olmuşdur. Əmisi Nurəddin Cəfərov (1933–2007) yeraltı hidroqazodinamika, neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış mütəxəssis, texnika elmləri doktoru, AMEA Geologiya İnstitutunun elmi məsləhətçisi idi.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Rəhbərlik : Cəfərli Azad Məhyəddin oğlu // Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti rəsmi saytı. — Müraciət tarixi: 29.08.2021.
  2. Azad Cəfərli kimdir? : [arx. 04.03.2021] // “İki sahil” qəzetinin saytı. — 2021. — 22 fevral. — Müraciət tarixi: 29.08.2021.