Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Şablon:Bilirsinizmi?

Şəki Ensiklopediyası səhifəsi
Aydinsalis (Müzakirə | töhfələr) tərəfindən edilmiş 04:13, 18 iyul 2023 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Cavanşir Feyziyev.jpg
  • 17 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Feyziyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə və 60 illik yubileyi münasibəti ilə “Şöhrət” ordeni ilə təltif edilib.


Azad Cəfərli.jpg
  • 4 iyul 2023-cü il tarixdə humanitar hüquq və insan hüquqları üzrə elmlər namizədi Azad Cəfərlinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunması xəbəri internetdə yayılıb.
Qeyd: “Şəki Ensiklopediyası”nın sonradan əldə etdiyi məlumatlara görə, o, ən geci iyun ayının ortalarında həmin vəzifəyə təyin olunmuşdur.


Süleyman Süleymanlı.jpg
İslam Hacıaliyev.jpg
  • 16 – 26 iyun 2023-cü il tarixləri arasında Bakıda keçirilmiş sahmat üzrə 8-10-12-14-16-18 yaşlı oğlanlar və qızlar arasında Azərbaycan birinciliyində Şəki Şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin şahmatçıları – FİDE Ustası (FM) Süleyman Süleymanlıİslam Hacıalıyev, öz yaş qruplarında (müvafiq olaraq 18 və 16 yaş) ikinci yerləri tutaraq Avropa çempionatına vəsiqə qazanıblar.


Elvin Hüseynəliyev.jpg
  • 25 iyun 2023-cü il tarixdə Azərbaycan Silahlı Qüvvələrinin leytenantı Elvin Hüseynəliyev III dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub. O, Vətən müharibəsi iştirakçısıdır və 2022-ci ilin sentyabr ayında Kəlbəcər döyüşlərində yaralanmışdır.


Şəkinin Orta əsrlər tarixi (Tağı Musəvinin tədqiqatları üzrə).jpeg


Fikrət Əsgərov.jpg


Rasim Abbaszadə.jpg
  • 8 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi keçirdiyi respublika fənn olimpiadalarının nəticələrini açıqlayıb. Qaliblərin arasında Şəkidəki Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin şagirdi Rasim Abbaszadə də var. O, aşağı (8-9-cu sinif) yaş qrupunda biologiya fənni üzrə Qızıl medal alıb.


Aydin Suleymanli 2017.jpg


Süleyman Süleymanlı.jpg
  • 12 – 22 aprel 2023-ci il tarixləri arasında Yunanıstanın Rodos şəhərində keçirilən 7 – 17 yaşlı məktəblilər arasında şahmat üzrə Dünya çempionatında FİDE Ustası (FM) Süleyman Süleymanlı Gümüş medal qazanıb (U17 yaş kateqoriyası, oğlanlar arasında).


Vahid Qəniyev.JPG
  • 19 mart 2023-cü il tarixdə Şəki şəhərinin və Şəki rayonunun sabiq meri Vahid Qəniyev 93 yaşında Şəkidə vəfat edib. O, 1971 – 1991-ci illərdə əvvəl Şəki şəhər, sonra isə Şəki rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışmışdır.
Şablondan istifadə təlimatı[yarat]
Xəbərlər arxivi>>