Şahid Əbdülkərimov
Şahid Əbdülkərimov (1938–2003) — tanınmış mədəniyyət işçisi, həvəskar bəstəkar, xor dirijoru, aktyor, müğənni və tarzən. “Hanı bəs vəfan sənin”, “Təki sən səslə məni” və s. bu kimi bir sıra məşhur mahnıların musiqisini bəstələmişdir.
Şahid Əbdülkərimov | |
---|---|
Əbdülkərimov Şahid Qədir oğlu | |
Şahid Əbdülkərimov. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 oktyabr 1938 |
Doğum yeri | Nuxa, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 17 iyul 2003 (64 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan |
Dəfn yeri | Şəki, Azərbaycan |
Peşəsi | bəstəkar |
Təhsili |
• Bakı Mədəni-Maarif Texnikumu, xor dirijorluğu şöbəsi (1957–1960) • M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutu (indiki Mədəniyyət və İncəsənət Universiteti), mədəni-maarif fakültəsi (1961–1966) |
Haqqında məlumatlarRedaktə
30 oktyabr 1938-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
TəhsiliRedaktə
1948-ci ildən Nuxa şəhər pionerlər evində ustad sənətkar İbad Salmanovdan tar dərsi almağa başlayıb.
1957-ci ildə Nuxa şəhər 12 №-li orta məktəbini bitirib.
1957 – 1960-cı illərdə Bakı Mədəni-Maarif Texnikumunun xor dirijorluğu şöbəsində,
1961 – 1966-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) mədəni-maarif fakültəsinin axşam şöbəsində təhsil alıb.
Əmək fəaliyyətiRedaktə
1960-cı ildən Zaqatala rayon mədəniyyət evində bədii rəhbər,
1961-ci ildən Xırdalan qəsəbə 1 №-li orta məktəbində musiqi müəllimi,
1963-cü ildən Xırdalan qəsəbə pionerlər evinin direktoru,
1976-cı ildən Şəki Şəhər Tibb İşçiləri Mədəniyyət Evinin direktoru vəzifəsində çalışıb.
Ömrünün son illərində Şəkinin Qışlaq hissəsindəki məsciddə din xadimi kimi fəaliyyət göstərib.
Yaradıcı fəaliyyətiRedaktə
Hələ 1956-cı ildə Nuxa rayon mədəniyyət evinin dram dərnəyinə qəbul edilişdi. Bundan sonra konsertlərdə tar çalmaqla yanaşı, həm də bir sıra teatr tamaşalarında əsas rollarda çıxış etməyə başlayıb.
Bütün ömrü boyu 100-dən artıq mahnı bəstələyib. “Hanı bəs vəfan sənin” mahnısı isə Ümumittifaq səsyazma fondunda patefon valına yazılıb.
VəfatıRedaktə
17 iyul 2003-cü il tarixdə – 64 yaşında, Şəkidə vəfat edib.
ƏdəbiyyatRedaktə
- Kərimov M. “Təki sən səslə məni”, – Şahid Əbdülkərimov // İpəkçi : qəzet. — Azərbaycan, 2011. — В. 15 mart. — № 2 (2276). — Səh. 3. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 4 sentyabr 2021.
- Kərimov M. “Təki sən səslə məni” : [arx. 04.09.2021] // “Mədəniyyət” qəzeti. — 2013. — 2 avqust. — Müraciət tarixi: 04.09.2021.
- Təhmirazqızı S. Şahid Əbdülkərimov // Şəkinin musiqi folkloru. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı: 144. — Səh.: 134-135. — 500 nüsx.
- Təhmirazqızı S. Şahid Əbdülkərimov // Şəkidə ifaçılıq sənəti. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı: 224. — Səh.: 67. — 300 nüsx.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |