Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Şahid Əbdülkərimov

Şəki Ensiklopediyası materialı
Mammadov2 (müzakirə | redaktələr) tərəfindən edilmiş 18:31, 1 noyabr 2023 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
......
Şahid Əbdülkərimov
Əbdülkərimov Şahid Qədir oğlu
Şahid Əbdülkərimov
Şahid Əbdülkərimov.

Şahid Əbdülkərimov (1938–2003) — tanınmış mədəniyyət işçisi, həvəskar bəstəkar, xor dirijoru, aktyor, müğənni və tarzən. “Hanı bəs vəfan sənin”, “Təki sən səslə məni” və s. bu kimi bir sıra məşhur mahnıların musiqisini bəstələmişdir.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

30 oktyabr 1938-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

1948-ci ildən Nuxa şəhər pionerlər evində ustad sənətkar İbad Salmanovdan tar dərsi almağa başlayıb.

1957-ci ildə Nuxa şəhər 12 №-li orta məktəbini bitirib.

1957 – 1960-cı illərdə Bakı Mədəni-Maarif Texnikumunun xor dirijorluğu şöbəsində,

1961 – 1966-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) mədəni-maarif fakültəsinin axşam şöbəsində təhsil alıb.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

1960-cı ildən Zaqatala rayon mədəniyyət evində bədii rəhbər,

1961-ci ildən Xırdalan qəsəbə 1 №-li orta məktəbində musiqi müəllimi,

1963-cü ildən Xırdalan qəsəbə pionerlər evinin direktoru,

1976-cı ildən Şəki Şəhər Tibb İşçiləri Mədəniyyət Evinin direktoru vəzifəsində çalışıb.

Ömrünün son illərində Şəkinin Qışlaq hissəsindəki məsciddə din xadimi kimi fəaliyyət göstərib.

Yaradıcı fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

Hələ 1956-cı ildə Nuxa rayon mədəniyyət evinin dram dərnəyinə qəbul edilişdi. Bundan sonra konsertlərdə tar çalmaqla yanaşı, həm də bir sıra teatr tamaşalarında əsas rollarda çıxış etməyə başlayıb.

Bütün ömrü boyu 100-dən artıq mahnı bəstələyib. “Hanı bəs vəfan sənin” mahnısı isə Ümumittifaq səsyazma fondunda patefon valına yazılıb.

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

17 iyul 2003-cü il tarixdə – 64 yaşında, Şəkidə vəfat edib.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Kərimov M. “Təki sən səslə məni”, – Şahid Əbdülkərimov // İpəkçi : qəzet. — Azərbaycan, 2011. — В. 15 mart. — № 2 (2276). — Səh. 3. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 4 sentyabr 2021.
  2. ... “Təki sən səslə məni” : [arx. 04.09.2021] // “Mədəniyyət” qəzeti. — 2013. — 2 avqust. — Müraciət tarixi: 04.09.2021.
  3. Təhmirazqızı S. Şahid Əbdülkərimov // Şəkinin musiqi folkloru. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı:  144. — Səh.: 134-135. — 500 nüsx.
  4. Təhmirazqızı S. Şahid Əbdülkərimov // Şəkidə ifaçılıq sənəti. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı:  224. — Səh.: 67. — 300 nüsx.

Bildiriş[HTML redaktə]

...