Əşrəf Həsənov
Əşrəf Həsənov (1909–1983) — tanınmış dirijor, Azərbaycan SSR xalq artisti, musiqişünas pedaqoq və dosent. Peşəkar təhsil almış ilk azərbaycanlı dirijorlardan biridir.
Əşrəf Həsənov | |
---|---|
Həsənov Əşrəf Həsən oğlu | |
Əşrəf Həsənov, 1941-ci il. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 yanvar 1909 |
Doğum yeri | Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | 9 avqust 1983 (74 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Peşəsi | dirijor |
|
|
Təhsili |
• Azərbaycan Dövlət Konservatoriyası, orkestr sinfi (–1932); • Moskva Dövlət Konservatoriyası, dirijorluq sinfi (–1938) |
Mükafatları |
|
Haqqında məlumatlar Vizual/Mobil redaktə
24 yanvar 1909-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili Vizual/Mobil redaktə
1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının orkestr sinfini,
1938-ci ildə isə Moskva Dövlət Konservatoriyasının dirijorluq sinfini bitirib.
Əmək fəaliyyəti Vizual/Mobil redaktə
1932 – 1979-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru olub.
1938 – 1950-ci illərdə Azərbaycan Radio Komitəsi nəzdində sinfonik orkestrə rəhbərlik edib.
1949 – 1962-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının opera hazırlığı sinfinə rəhbərlik edib. O cümlədən,
1960-cı ildən dosent vəzifəsində çalışıb.
Digər Vizual/Mobil redaktə
Hələ Moskva Konservatoriyasının son kursunda oxuyarkən – Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə, Üzeyir Hacıbəyovun “Koroğlu” operası onun dirijorluğu ilə Böyük Teatrın səhnəsində tamaşaya qoyulmuşdu. Bu hadisəni sonralar özü belə xatırlayırdı:
...Ongünlüyə hazırlıqla əlaqədar, Üzeyir Hacıbəyov, incəsənət işləri idarəsinin rəisi Ruhulla Axundov və operanın direktoru Müseyib Şahbazov Moskvaya gəlmişdilər. Mən Moskva Konservatoriyasının son kursunda oxuyurdum. Moskvada Üzeyir bəylə görüşdük. Görüş zamanı Üzeyir bəy mənə dedi ki, – “Əşrəf, ongünlüklə əlaqədar yaxşı olar ki, Bakıya gələsən və “Koroğlu” operasını yenidən hazırlayasan. Operanın ongünlükdə dirijorluğunu sənə tapşırıram”. Mən Bakıya gəldim və böyük həvəslə məşqlərə başladım. Nəhayət, opera Moskvada, Böyük Teatrın səhnəsində çox böyük müvəffəqiyyətlə üç dəfə tamaşaya qoyuldu. |
Əşrəf Həsənov Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir bəy Hacıbəyovun “Koroğlu”, “Leyli və Məcnun”, Müslüm Maqomayevin “Şah İsmayıl”, Reynqold Qilierin “Şahsənəm”, Mixail Qlinkanın “İvan Susanin”, Cüzeppe Verdinin “Traviata”, “Aida”, “Riqoletto”, Nikolay Rimski-Korsakovun “Çar gəlini” və “Qar qız”, Jorj Bizenin “Karmen”, Rucero Leonkovallonun “Məzhəkəçilər”, Sergey Raxmaninovun “Aleko”, Aleksandr Darqomıjskinin “Su pərisi”, Pyotr Çaykovskinin “Yevgeni Onegin”, “İolanta” , “Motsart və Salyeri” operalarına, Nikolay Rimski-Korsakovun “Şəhrizad”, İqor Morozovun “Doktor Aybolit” baletlərinə də dirijorluq edib.
Təltif və mükafatları Vizual/Mobil redaktə
- “Azərbaycan SSR-in əməkdar incəsənət xadimi” fəxri adı — 23 fevral 1940;
- “Azərbaycan SSR-in xalq artisti” fəxri adı — 10 iyun 1959;
- “Şərəf Nişanı” ordeni;
- medallar;
- Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 23 yanvar 1979.
Vəfatı Vizual/Mobil redaktə
9 avqust 1983-cü il tarixdə – 74 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat Vizual/Mobil redaktə
- Fərman və sərəncamlar : [arx. 5 Dec 2010 - 12 Jan 2022] // Azərbaycan Milli Kitabxanası. — Müraciət tarixi: 23.01.2022.
- Əşrəf Həsənov // Azərbaycan Sovet Ensiklopediyası : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X cild. — Səhifələrin sayı: 610. — Səh.: 213. — 80.000 nüsx.
- Məmmədov Ə., Xalıqov F. Həsənov Əşrəf // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 235-236. — 1.000 nüsx.
- Ələsgərova G. Unudulmayan on gün: Moskvada ilk Azərbaycan mədəniyyəti və incəsənəti dekadasının 80 illiyi münasibətilə (azərb.) // Mədəniyyət : qəzet. — 2018. — В. 27 aprel. — Səh. 10. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 15 May 2018 - 17 Sep 2018.
- Əşrəf Həsənov : [arx. 16 Aug 2019 - 23 Jan 2021] // Musiqi Dünyası. — Müraciət tarixi: 23.01.2022.
Həmçinin, bax: Vizual/Mobil redaktə
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |