Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Əşrəf Həsənov

Şəki Ensiklopediyası səhifəsi
Vaqif Kərimov (Müzakirə | töhfələr) tərəfindən edilmiş 00:38, 9 avqust 2020 tarixli dəyişiklik
Jump to navigation Jump to search
Əşrəf Həsənov
Həsənov Əşrəf Həsən oğlu
Əşrəf Həsənov
Oturan: Üzeyir Hacıbəyov; Soldan sağa: Qara Qarayev, Səid Rüstəmov, Niyazi və Əşrəf Həsənov — 1941-ci il
Şəxsi məlumatlar
Doğum tarixi 24 yanvar 1909(1909-01-24)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 9 avqust 1983 (74 yaşında)
Vəfat yeri Bakı
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ
Peşəsi dirijor

Təhsili Azərbaycan Dövlət Konservatoriyasının orkestr sinfi (1932); Moskva Dövlət Konservatoriyasının dirijorluq sinfi (1938)
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1959 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1940

Əşrəf Həsən oğlu Həsənov — peşəkar təhsil almış ilk azərbaycanlı dirijorlardan biri, Azərbaycan SSR-in əməkdar incəsənət xadimi (1940) və Azərbaycan SSR-in xalq artisti (1959).

Həyat və fəaliyyəti

24 yanvar 1909-cu il tarixdə Nuxada anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının orkestr (1932) və Moskva Dövlət Konservatoriyasının dirijorluq (1938) siniflərini bitirib. 1932-1979-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru olmuş, 1949-1962-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının opera hazırlığı sinifinə rəhbərlik etmişdir.

Hələ Moskva Konservatoriyasının son kursunda oxuyarkən – Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə, Üzeyir Hacıbəyovun “Koroğlu” operası onun drijorluğu ilə Böyük Teatrın səhnəsində tamaşaya qoyulmuşdu. Bu hadisəni sonralar özü belə xatırlayırdı:

" ...Ongünlüyə hazırlıqla əlaqədar, Üzeyir Hacıbəyov, incəsənət işləri idarəsinin rəisi Ruhulla Axundov və operanın direktoru Müseyib Şahbazov Moskvaya gəlmişdilər. Mən Moskva Konservatoriyasının son kursunda oxuyurdum. Moskvada Üzeyir bəylə görüşdük. Görüş zamanı Üzeyir bəy mənə dedi ki, – “Əşrəf, ongünlüklə əlaqədar yaxşı olar ki, Bakıya gələsən və “Koroğlu” operasını yenidən hazırlayasan. Operanın ongünlükdə dirijorluğunu sənə tapşırıram”. Mən Bakıya gəldim və böyük həvəslə məşqlərə başladım. Nəhayət, opera Moskvada, Böyük Teatrın səhnəsində çox böyük müvəffəqiyyətlə üç dəfə tamaşaya qoyuldu. "

Əşrəf Həsənov Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir bəy Hacıbəyovun “Koroğlu”, “Leyli və Məcnun”, Müslüm Maqomayevin “Şah İsmayıl”, Reynqold Qilierin “Şahsənəm”, Mixail Qlinkanın “İvan Susanin”, Cüzeppe Verdinin “Traviata”, “Aida”, “Riqoletto”, Nikolay Rimski-Korsakovun “Çar gəlini” və “Qar qız”, Jorj Bizenin “Karmen”, Rucero Leonkovallonun “Məzhəkəçilər”, Sergey Raxmaninovun “Aleko”, Aleksandr Darqomıjskinin “Su pərisi”, Pyotr Çaykovskinin “Yevgeni Onegin”, “İolanta” , “Motsart və Salyeri” operalarına, Nikolay Rimski-Korsakovun “Şəhrizad”, İqor Morozovun “Doktor Aybolit” baletlərinə də dirijorluq edib.

9 avqust 1983-cü il tarixdə Bakida vəfat etmişdir.

Mükafatları

İstifadə edilmiş əsas mənbələr