Diqqət! Saytın stabil versiyası www.sheki.org domenində fəaliyyət göstərir. Burada səhifə xətaları ola bilər...
Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!

Əşrəf Həsənov

Şəki Ensiklopediyası materialı
Naviqasiyaya keç Axtarışa keç
......
Əşrəf Həsənov
Həsənov Əşrəf Həsən oğlu
Əşrəf Həsənov
Əşrəf Həsənov, 1941-ci il.

Əşrəf Həsənov (1909–1983) — tanınmış dirijor, Azərbaycan SSR xalq artisti, musiqişünas pedaqoq və dosent. Peşəkar təhsil almış ilk azərbaycanlı dirijorlardan biridir.

Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]

24 yanvar 1909-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]

Əşrəf Həsənov, 1930-cu illər.

1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının orkestr sinfini,

1938-ci ildə isə Moskva Dövlət Konservatoriyasının dirijorluq sinfini bitirib.

Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]

Oturan: Üzeyir Hacıbəyov; Soldan sağa: Qara Qarayev, Səid Rüstəmov, Niyazi və Əşrəf Həsənov — 1941-ci il.

1932 – 1979-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru olub.

1938 – 1950-ci illərdə Azərbaycan Radio Komitəsi nəzdində sinfonik orkestrə rəhbərlik edib.

1949 – 1962-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının opera hazırlığı sinfinə rəhbərlik edib. O cümlədən,

1960-cı ildən dosent vəzifəsində çalışıb.

Digər[Vizual/Mobil redaktə | HTML redaktə]

Hələ Moskva Konservatoriyasının son kursunda oxuyarkən – Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə, Üzeyir Hacıbəyovun “Koroğlu” operası onun dirijorluğu ilə Böyük Teatrın səhnəsində tamaşaya qoyulmuşdu. Bu hadisəni sonralar özü belə xatırlayırdı:

" ...Ongünlüyə hazırlıqla əlaqədar, Üzeyir Hacıbəyov, incəsənət işləri idarəsinin rəisi Ruhulla Axundov və operanın direktoru Müseyib Şahbazov Moskvaya gəlmişdilər. Mən Moskva Konservatoriyasının son kursunda oxuyurdum. Moskvada Üzeyir bəylə görüşdük. Görüş zamanı Üzeyir bəy mənə dedi ki, – “Əşrəf, ongünlüklə əlaqədar yaxşı olar ki, Bakıya gələsən və “Koroğlu” operasını yenidən hazırlayasan. Operanın ongünlükdə dirijorluğunu sənə tapşırıram”. Mən Bakıya gəldim və böyük həvəslə məşqlərə başladım. Nəhayət, opera Moskvada, Böyük Teatrın səhnəsində çox böyük müvəffəqiyyətlə üç dəfə tamaşaya qoyuldu. "

Əşrəf Həsənov Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir bəy Hacıbəyovun “Koroğlu”, “Leyli və Məcnun”, Müslüm Maqomayevin “Şah İsmayıl”, Reynqold Qilierin “Şahsənəm”, Mixail Qlinkanın “İvan Susanin”, Cüzeppe Verdinin “Traviata”, “Aida”, “Riqoletto”, Nikolay Rimski-Korsakovun “Çar gəlini” və “Qar qız”, Jorj Bizenin “Karmen”, Rucero Leonkovallonun “Məzhəkəçilər”, Sergey Raxmaninovun “Aleko”, Aleksandr Darqomıjskinin “Su pərisi”, Pyotr Çaykovskinin “Yevgeni Onegin”, “İolanta” , “Motsart və Salyeri” operalarına, Nikolay Rimski-Korsakovun “Şəhrizad”, İqor Morozovun “Doktor Aybolit” baletlərinə də dirijorluq edib.

Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]

Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]

9 avqust 1983-cü il tarixdə – 74 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]

  1. Fərman və sərəncamlar : [arx. 5 Dec 2010 - 12 Jan 2022] // Azərbaycan Milli Kitabxanası. — Müraciət tarixi: 23.01.2022.
  2. .../mode/2up Əşrəf Həsənov // Azərbaycan Sovet Ensiklopediyası  : [10 cilddə] = Азәрбајҹан Совет Енсиклопедијасы / baş red. C.B.Quliyev. — Bakı: Qızıl Şərq, 1987. — X  cild. — Səhifələrin sayı:  610. — Səh.: 213. — 80.000 nüsx.
  3. Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 235-236. — 1.000 nüsx.
  4. Ələsgərova G. Unudulmayan on gün: Moskvada ilk Azərbaycan mədəniyyəti və incəsənəti dekadasının 80 illiyi münasibətilə (azərb.) // Mədəniyyət : qəzet. — 2018. — В. 27 aprel. — Səh. 10. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 15 May 2018 - 17 Sep 2018.
  5. Əşrəf Həsənov : [arx. 16 Aug 2019 - 23 Jan 2021] // Musiqi Dünyası. — Müraciət tarixi: 23.01.2022.

Həmçinin, bax:[Vizual/Mobil redaktə | HTML redaktə]

Bildiriş[HTML redaktə]

...