Əbülfət Həsənoğlu

Əbülfət Həsənoğlu — Mingəçevir Dövlət Universitetinin energetika kafedrasının müəllimi, həvəskar şair, ədəbiyyatşünas və nəsimişünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Əbülfət Həsənoğlu
Ədilov Əbülfət Həsən oğlu
Əbülfət Həsənoğlu
Əbülfət Həsənoğlu.
Doğum tarixi 7 may 1951 (1951-05-07) (73 yaş)
Doğum yeri Baş Göynük, Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
İxtisası istilik energetikası üzrə mühəndis
Təhsili M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu (1975–)
Adının digər versiyaları Ebulfet Hesenoqlu, Abulfat Hasanoqlu, Әбүлфәт Нәсәноғлу, Ebulfet Edilov, Abulfat Adilov, Әбүлфәт Әдилов

Haqqında məlumatlar

7 may 1951-ci il tarixdə Nuxa (indiki Şəki) rayonunun Baş Göynük kəndində anadan olub.

Təhsili

1967-ci ildə Baş Göynük kənd orta məktəbini,

1973-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

Əmək fəaliyyəti

1975 – 2014-cü illərdə xalq təsərrüfatının müxtəlif sahələrində operatordan direktora qədər müxtəlif vəzifələrdə çalışıb.

2016-cı ildən Mingəçevir Dövlət Universitetinin energetika kafedrasında müəllim işləyir.

Ədəbi-publisist fəaliyyəti

Hələ orta məktəb illərindən bədii yaradıcılığa meyl göstərib. Almanaxlarda, dövri-mətbuatda, saytlarda dərc olunmuş müxtəlif səpgili yazılarından başqa, həm də “Kamilliyə gedən yol” (1998), “Nəsimi Ənəlhəqqinin kökləri” (2004), “Ömrün ləpirləri” (2010), “İmadəddin Nəsininin “İraq divanına” şərhlər” (2015) və “Qayğılar” (2021) adlı kitabları da çap olunub.

Ailəsi

Ailəlidir, 4 övladı var.

Ədəbiyyat

  1. Orsər R. Əbülfət Həsənoğlu // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I  cild. — Səhifələrin sayı:  856. — Səh.: 543-346. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.