Əhməd-Cabir Əhmədov
Əhməd-Cabir Əhmədov | |
---|---|
Əhmədov Əhməd-Cabir İsmayıl oğlu | |
Əhməd-Cabir Əhmədov. | |
Doğum tarixi | 6 fevral 1942 |
Doğum yeri | Nuxa, Nuxa rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 8 mart 2021 (79 yaşında) |
Vətəndaşlıq | SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | texnika elmləri namizədi |
Elmi adı | professor |
Təhsili |
D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu, əmtəəşünaslıq fakültəsi (1964 – 1968) (qiyabi, 1968 – 1971) |
Atası | Hacı İsmayıl Əhmədov |
Mükafatları |
|
Əhməd-Cabir Əhmədov (1942–2021) — yeyinti məhsulları əmtəəşünaslığı üzrə tanınmış mütəxəssis, texnika elmləri namizədi, professor, Azərbaycan Dövlət İqtisad Universitetinin fəxri professoru, Azərbaycan Respublikasının əməkdar müəllimi.
Haqqında məlumatlar[Vizual/Mobil redaktə | HTML redaktə]
6 fevral 1942-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
Təhsili[Vizual/Mobil redaktə | HTML redaktə]
1948 – 1958-ci illərdə Şəki şəhər 2 №-li orta məktəbində,
1958 – 1960-cı illərdə Bakı Ticarət-Kulinar Şagirdliyi məktəbində,
1964 – 1968-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun əmtəəşünaslıq fakültəsində – ərzaq malları əmtəəşünaslığı və ticarətin təşkili ixtisası üzrə,
1968 – 1971-ci illərdə isə aspiranturada (qiyabi) təhsil alıb.
Hərbi xidmət[Vizual/Mobil redaktə | HTML redaktə]
1960 – 1964-cü illərdə hərbi xidmətdə olub.
Əmək fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1960 – 1961-ci illərdə Şəki Yeyinti kombinatında qənnadıçı ustası və eyni zamanda Şəki şəhər 3 №-li orta məktəbində 9-cu sinif şagird-qızlarına qənnadıçılıq üzrə istehsalat təlimindən dərs deyib.
1961 – 1964-cü illərdə hərbi sanatoriyada aşpaz işləyib.
1968 – 1971-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun laborant, laboratoriya müdiri,
1971 – 1988-ci illərdə assistent, baş müəllim, dosent vəzifəsində işləyib.
1977 – 1983-cü illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun əmtəəşünaslıq fakültəsində qiyabi şöbənin dekan müavini,
1989 – 1991-ci illərdə dekanı,
1989 – 1991-ci illərdə kafedra müdiri əvəzi olub.
1991-ci ildən Azərbaycan Texnologiya İnstitutunun Bakı əmtəəşünaslıq fakültəsində,
1996-cı ildən isə Bakı Dövlət Əmtəəşünaslıq – Kommersiya İnstitutunda ərzaq malları əmtəəşünaslığı kafedrasının müdiri vəzifəsində işləyib.
2020-ci il tarixədək Azərbaycan Dövlət İqtisad Universitetində istehlak mallarının ekspertizası kafedrasının dosenti olub.
Elmi fəaliyyəti[Vizual/Mobil redaktə | HTML redaktə]
1973-cü ildə Tbilisi Dövlət Universitetində Ş.K.Çokovanın rəhbərliyi ilə “Azərbaycanda becərilən zəfəranın əmtəəlik xassələrinin öyrənilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1978-ci ildə dosent,
2000-ci ildə isə professor elmi adını alıb.
1150 çap vərəqindən çox olan 325-dən çox elmi əsər, o cümlədən 10 dərslik, 15 dərs vəsaiti, 38 kitab və monoqrafiya, 40-dan çox tədris-metodiki vəsait və proqram nəşr etdirmişdir. Azərbaycan Sovet Ensiklopediyasındakı müxtəlif ərzaq məhsulları haqqında 72 məqaləni hazırlayıb. 60-dən çox kitabı çap olunub.
Kitabları[Vizual/Mobil redaktə | HTML redaktə]
- Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Azərbaycan kulinariyası [Mətn]: fotoalbom /C.Ə.Əhmədov, foto. H.Hüseynzaadə. Bib-ID. vtls000239172.- Bakı: İşıq, 1987.- 230, [1] s.: şək.
- Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Azərbaycan üzümündən qidalı ərzaq məhsulları [Mətn]: monoqrafiya /Ə.İ.Əhmədov.- B.: Azərnəşr, 2009.- 265, [1] s.: cədv., sxem, şək., 21 sm.
- Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Azərbaycan çayı [Mətn]: [monoqrafiya] /Ə-C.İ.Əhmədov.- Bakı: [Gənclik], 2010.- 177, [1] s.: portr., şək., cədv., 21 sm. 2010/411.
- Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Azərbaycan çörəyi [Mətn]: monoqrafiya /Ə.Əhmədov, A.Qurbanova; elmi red. N.X.Musayev; rəyçi. A.Ə.Hüseynov, A.H.Xəlilov, E.M.Ömərova.- Bakı: Gənclik, 2010.- 258 s., [8] v.: cədv., 21 sm. 2010/1268.
- Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Dadlı və ləzzətli xörəklərin sirri [Mətn] /Ə.-C. İsmayıloğlu; Red. və ön sözün müəllifi. S. Əliyev.- B.: Azərbaycan ensiklopediyası, 1995.- 280 s.
- Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Ədviyyələr və tamlı qatmalar [Mətn]: monoqrafiya /Ə-C. İ.Əhmədov.- Bakı: [Azərnəşr], 2009.- 419 s.
- Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Ərzaq mallarının ekspertizası: Ali məktəb tələbələri üçün dərslik. Bitki mənşəli məhsulların ekspertizası: I hissə /Ə.İ.Əhmədov N.X.Musayev.- B.: Çaşıoğlu, 2005.- 568 s.
- Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Ərzaq məhsullarının ekspertizasının üsul və vasitələri [Mətn] : dərs vəsaiti /Ə. İ. Əhmədov ; elmi red. : Ə. P. Həsənov, R. M. Rzayev ; Azərb. Resp. Təhsil Naz., Azərb. Döv. İqt. Un-ti.- Bakı: [İqtisad Universiteti], 2018.- 288, [2] s.: portr., ill., cədv., 24 sm
- Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Ərzaq malları əmtəəşünaslığı [Mətn]: ali məktəblər üçün dərslik /Ə.Əhmədov; Rəy verənlər. V.A.Əliyev, M.Ə.Məhərrəmov; İxtisas red. S.H.İsfəndiyarov.- B.: Təfəkkür, 1996.- 324 s.
- Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Ərzaq malları əmtəəşünaslığı. [Mətn]: Dərslik /Elmi red.: Musayev N.X.- B.: İqtisad Universiteti, 2006.- 480 s.
- Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Ərzaq malları əmtəəşünaslığı dərslik /Ə-C.İ.Əhmədov; elmi red. N.X.Musayev; rəyçilər A.H.Xəlilov, R.A.Əliyev.- Bakı: [İqtisad Universiteti], 2012.- 479, [1] s.
- Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Ərzaq məhsullarının konservləşdirilməsi [Mətn]: dərs vəsaiti: [ali məktəblər üçün dərs vəsaiti] /Ə-C. İ. Əhmədov ; elmi red. N. X. Musayev ; [baş red. İ. Səfərov ; red. İ. Hüseynova] ; Azərb. Resp., Təhsil Nazirliyi, Azərb. Dövl. İqtisad Un-ti.- B.: [İqtisad Universiteti], 2017.- 233, [1] s.: cədv.
- Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. İstehlak mallarının ekspertizası və marketinqinin tarixi və metodologiyası [Mətn]: Dərs vəsaiti.- B.: İqtisad Universiteti, 2019.- 154, [1] s.: 24 sm.
- Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. İstehlak mallarının funksional və erqonomik xassələri [Mətn]: Dərs vəsaiti.- B.: İqtisad Universiteti, 2019.- 200, [1] s.: 24 sm.
- Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. İstehlak malları istehsalının ümumi texnologiyası [Mətn] : Ərzaq məhsullarının istehsal texnologiyası : [ali məktəblər üçün dərslik] /Ə. Əhmədov, F. Quliyeva, L. Quliyeva ; elmi red. Ə. P. Həsənov ; Azərb. Resp. Təhsil Naz., Azərb. Döv. İqt. Un-ti.- Bakı: İqtisad Universiteti, 2018.- 310, [2] s.: portr., cədv., 24 sm.
- Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Qənnadı mallarının əmtəəşünaslığı. dərslik. Bakı: İqtisad un-ti nəşriyyatı , 2010.- 372 s.
- İsmayıl oğlu Əhməd-Cabir. "Qurani-Kərim"-də qida məhsulları və islamda qidalanma [monoqrafiya] /Ə. C. İ. Əhmədov; məsləhətçi H. S. Musayev; rəyçi H. M. Meybullayev.-B.: [İqtisad Universiteti], 2013.- 378, [2] s.
- Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Meyvə və tərəvəzin əmtəəşünaslığı [Mətn]: dərslik /Ə. İ. Əhmədov; N. T. Əliyev; rəyçilər. A. H. Xəlilov M. A. Əhmədov.- B.: [İqtisad Universiteti], 2009.- 442, [1] s., şək., cədv.
- Əhmədov Əhməd-Cabir İsmayıloğlu. Tamlı malların əmtəəşünaslığı [Mətn]: Ali məktəblər üçün dərslik /Ə.C. İsmayıloğlu; Rəyçilər. A.S. Qaraşarlı, F.H. Axundov, F.İ. Babazadə.-B.: Maarif, 1993. -300 s.
- Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Tamlı malların əmtəəşünaslığı [Mətn]: ali məktəb tələbələri üçün dərslik /Ə.Əhmədov; elmi red. N.X.Musayev, rəyçi. R.A.Əliyev, A.H.Xəlilov, N.K.Rəhimov.- Bakı: ADİU, 2010.-452, [1] s.
- Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. Zəfəran. Təbiətin möcüzəsi - min bir dərdin dərmanı [Mətn] /Ə.-C. İ. Əhmədov, M. R. Hüseynov ; elmi red. H. A.
- İsrafilov.- Bakı: Elm, 2020.- 110, [2] s.: cədv., şək., rəngli fotoşək., portr., 20 sm.
Əhmədov Əhməd-Cabir İsmayıloğlu. 1001 şirniyyat [Mətn] /Əhməd-Cabir İsmayıloğlu; Red. T.Muxtarova.- Bakı: Gənclik, 1993.- 304 s. , ill. ; 20 sm.
Təltif və mükafatları[Vizual/Mobil redaktə | HTML redaktə]
- “Əmək veteranı” medalı (1992).
- “Azərbaycan Respublikasının əməkdar müəllimi” fəxri adı (2002).
- “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı (2015).
Vəfatı[Vizual/Mobil redaktə | HTML redaktə]
8 mart 2021-ci il tarixdə – 79 yaşında, Bakıda vəfat edib.
Ədəbiyyat[Vizual/Mobil redaktə | HTML redaktə]
- Məmmədov Ə., Xalıqov F. Əhmədov Əhməd-Cabir // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 582. — Səh.: 198-200. — 1.000 nüsx.
- "prof. Əhmədov Əhməd-Cabir İsmayıl oğlu". http://unec.edu.az (azərb.). Azərbaycan Dövlət İqtisad Universiteti. 13 Sep 2016 – 30 Jul 2020 tarixində arxivləşdirilib.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış alimlər
- 1942-ci ildə doğulanlar
- 6 fevralda doğulanlar
- Fevralda doğulanlar
- 8 martda vəfat edənlər
- Martda vəfat edənlər
- 2021-ci ildə vəfat edənlər
- Azərbaycan Respublikasının əməkdar müəllimləri
- "Əmək veteranı" medalı ilə təltif edilənlər
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə