Əhmədbəy Tahirov
Əhmədbəy Tahirov (1866–1958) — tanımış tarzən-pedaqoq, Azərbaycan SSR əməkdar müəllimi, hazırkı Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin yaradıcılarından biri və ilk direktoru.
Əhmədbəy Tahirov | |
---|---|
Tahirov Əhmədbəy Mahmud oğlu | |
![]() | |
Əhmədbəy Tahirov. | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1887 |
Doğum yeri |
Nuxa (indiki Şəki), Nuxa qəzası, Yelizavetpol quberniyası, ![]() |
Vəfat tarixi | may may 1958 | (70 yaşında)
Vəfat yeri |
Nuxa (indiki Şəki), ![]() ![]() |
Dəfn yeri |
Məhəmməd əfəndi qəbiristanlığı, Şəki, ![]() |
Həyat yoldaşı | Şövkət Tahirova (Nəbibəyova) |
Uşaqları | Çingiz Tahirov, Baxşı Abbasova (Tahirova) və digər 3 qız |
|
|
Mükafatları |
![]() |
Haqqında məlumatlarRedaktə
1887-ci ildə Nuxada (indiki Şəki) anadan olub. Bəy nəslindən olmamışdır. Atası Mahmud dərzi idi.
Əmək və musiqiçi fəaliyyətiRedaktə
Kiçik yaşlarından Nuxadakı ipək fabrikində fəhlə işləyib.
Uşaqlıqdan tar çalmağa böyük həvəs göstərib.
Gənclik illərindən el şənliklərində məşhur xanəndə Ələsgər Abdullayevi (Şəkili Ələsgər) və bir çox digər tanınmış xanəndələri müşayiət edib.
1917-ci ildə Nuxada ilk dəfə tar dərnəyi yaradıb.
1934 – 1940-cı illərdə Sabir adına Nuxa Dövlət Dram Teatrının xalq çalğı alətləri orkestrinin tərkibində ifaçılıq edib. Eyni zamanda o, Nuxa Pedaqoji Texnikumunda uzun illər musiqi müəllimi işləyib.
1938-ci ilin sentyabr ayından Nuxa musiqi məktəbinin (indiki Şəki Şəhər Uşaq İncəsənət Məktəbi) direktoru olub.
Təltif və mükafatlarıRedaktə
“Azərbaycan SSR əməkdar müəllimi” fəxri adı (1943).
VəfatıRedaktə
1958-ci ilin may ayının əvvəllərində – 70 yaşında, Nuxada vəfat edib. Məhəmməd əfəndi qəbiristanlığında dəfn olunub.
AiləsiRedaktə
5 qızı və 1 oğlu olub.
Həyat yoldaşı Şövkət bəy nəslindən idi, Tiflis şəhərində qızlar gimnaziyasını bitirmişdi və rus dilini təmiz bilirdi. O, Əhmədbəyin vəfatından 2 il əvvəl – 1955-ci ildə, vəfat etmişdir.
ƏdəbiyyatRedaktə
- Abbasov İ. Tarzən Əhmədbəy // Ədalət : qəzet. — Bakı, 2011. — В. 19 mart. — Səh. 17. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 15 Jun 2020 - 15 Jul 2020.
- Təhmirazqızı S. Əhmədbəy Tahirov // Şəkidə ifaçılıq sənəti. — Bakı: Nərgiz, 2016. — Səhifələrin sayı: 224. — Səh.: 81. — 300 nüsx.
© 2019 – 2023 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |