Əli Əliyev
Əli Əliyev (1930–2001) — tanınmış mühəndis-energetik; 1957 – 1985-ci illərdə fasiləsiz olaraq Azərenerjidə işləmiş, o cümlədən, 1964-cü ildən Nuxa/Şəki Elektrik Şəbəkəsi İdarəsinin rəisi olmuşdur. Daha sonra əmək fəaliyyətini V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyində davam etdirib.
Əli Əliyev | |
---|---|
Əliyev Əli Yusif oğlu | |
![]() | |
Əli Əliyev, 1975-ci il. | |
Doğum tarixi | 10 oktyabr 1930 |
Doğum yeri |
Nuxa (indiki Şəki), ![]() ![]() ![]() |
Vəfat tarixi | 6 noyabr 2001 (71 yaşında) |
Vətəndaşlıq |
![]() ![]() |
İxtisası | mühəndis-energetik |
Təhsili | Azərbaycan Sənaye İnstitutu, energetika şöbəsi (1947–1953) |
Mükafatları |
![]() ![]() |
Haqqında məlumatlarRedaktə
10 oktyabr 1930-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.
TəhsiliRedaktə
1937 – 1947-ci illərdə Nuxa şəhər 10 №-li orta məktəbində,
1947 – 1952-ci illərdə Azərbaycan Sənaye İnstitutunun energetika şöbəsində təhsil alıb.
Əmək fəaliyyətiRedaktə
1952-ci ildə təyinatla Mingəçevir SES-in tikintisinə göndərilib; əvvəl enerqokombinatın elektrik laboratoriyasının rəisi, sonra 35 kv-luq yarımstansiyanın rəisi,
1953-cü ildən elektrik şəbəkəsi rəisi,
1955-ci ildə SES istismara verildikdən sonra isə bir müddət istismar şöbəsində böyük mühəndis vəzifəsində çalışıb.
1955-ci ildə Azərenerjinin Nuxa Rayonlararası İstismar Şöbəsinə texniki rəhbər (texnoruk),
1957-ci ildə Azərenerjinin Qərb Elektrik Şəbəkəsindəki 110 kv-luq Nuxa yarımstansiyasına rəis,
1964-cü ildə isə yeni yaradılmış Nuxa Elektrik Şəbəkəsi idarəsinə direktor təyin olunub.
1985-ci ilin sentyabr ayından əmək fəaliyyətini V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyində davam etdirib; əvvəl baş energetikin müavini, sonra isə mexanika və energetika şöbəsinin rəisi olub.
Təltif və mükafatlarıRedaktə
- “Şərəf nişanı” ordeni;
- Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı;
- SSRİ Energetika Nazirliyinin və Həmkarlar Şurasının Fəxri fərmanı.
VəfatıRedaktə
6 noyabr 2001-ci il tarixdə – 71 yaşında, Şəkidə vəfat edib.
AiləsiRedaktə
Bir qızı, iki oğlu var. Qızı və bir oğlu həkim, digər oğlu isə energetik-mühəndisdir.
ƏdəbiyyatRedaktə
- Məmmədov Ə., Xalıqov F. Əliyev Əli // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 91-92. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
© 2019 – 2023 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |