Ənvər Qarayev (1947–2011) — tanınmış rəssam və dekorativ-tətbiqi sənət ustası, Azərbaycan Respublikasının əməkdar rəssamı, Azərbaycan Rəssamlar İttifaqının Rəyasət heyətinin üzvü, sədrin müşaviri və dekorativ-tətbiqi sənət bölməsinin sədri.

Ənvər Qarayev
Qarayev Ənvər Vahid oğlu
Ənvər Qarayev.png
Ənvər Qarayev.
Doğum tarixi 18 fevral 1947(1947-02-18)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi 29 yanvar 2011 (63 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Dəfn yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Fəaliyyəti rəssam
Təhsili

 • Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini (–1967)

 • Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutu, rəssamlıq fakültəsi (1967–1973)
Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 2002

Haqqında məlumatlarRedaktə

18 fevral 1947-ci il tarixdə Nuxada (indiki Şəki), ziyalı ailəsində anadan olub.

TəhsiliRedaktə

1962-ci ildə Bakı şəhər 25 №-li orta məktəbinin (Oktyabr rayonu, indiki Yasamal rayonu) 8-ci sinfini,

1967-ci ildə isə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib.

1967 – 1973-cü illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb.

Hərbi xidmətRedaktə

1973-cü ildə institutu bitirdikdən sonra hərbi xidmətdə olub.

Əmək fəaliyyətiRedaktə

1975 – 1977-ci illərdə Uşaqların təsviri yaradıcılığı üzrə metodik mərkəzin direktor müavini,

1977 – 1981-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsində quruluşçu rəssam vəzifəsində çalışıb.

YaradıcılığıRedaktə

Rəssamlığın müxtəlif sahələri ilə və eləcə də dekorativ-tətbiqi sənətin müxtəlif növləri (keramika, qrafika, monumental keramik panno, bədii metal, ağac üzərində oyma, qobelen, batika və s) ilə məşğul olub.

Dünyanın bir çox ölkələrində – Almaniyada, Polşada, Avstriyada, Macarıstanda, Rusiyada, Türkiyədə, Misirdə, təşkil olunmuş rəssamlıq sərgilərində iştirak edib. Moskvadakı Şərq Muzeyində “Çovqan”, Berlin Dekorativ İncəsənət Muzeyində “Cıdır”, Antalya Rəssamlıq Qalereyasında “Türkün sözü” əsərləri saxlanılır.

DigərRedaktə

1976-cı ildən SSRİ Rəssamlar İttifaqının üzvü olub.

Həyatının son illərində Azərbaycan Rəssamlar İttifaqının Rəyasət heyətinin üzvü, sədrin müşaviri və dekorativ-tətbiqi sənət bölməsinin sədri idi.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adı­na Ədə­biyyat Dil İnstitutunun direktoru Yaşar Qarayevin (1936–2002) kiçik qardaşıdır.

Təltif və mükafatlarıRedaktə

VəfatıRedaktə

29 yanvar 2011-ci il tarixdə – 63 yaşında, Bakıda vəfat edib. Bakıda Köhnə qəbiristanlıqda dəfn olunub[2].

İstinadlarRedaktə

  1. "Təsviri sənət xadimlərinə Azərbaycan Respublikası fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (azərb.). e-qanun.az. 30 may 2002. 19 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2020.
  2. "Azərbaycan Rəssamlar İttifaqının dekorativ-tətbiqi sənət bölməsinin sədri, əməkdar rəssam Ənvər Qarayev vəfat edib". apa.az (azərb.). 2 fevral 2011. 19 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2020.

ƏdəbiyyatRedaktə

  1. Məmmədov Ə., Xalıqov F. Qarayev Ənvər // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 226-227. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
  2. "Hər əsərində dekorativliyə meyl edən rəssam". yeniavaz.com. 19 fevral 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral 2020.