Əsabəli Quliyev – pedaqoq-alim, pedaqoji elmlər namizədi, Azərbaycan SSR əməkdar texniki peşə təhsili işçisi. Azərbaycan SSR/Azərbaycan Respublikası Peşə Təhsili Komitəsi Elmi-Tədqiqat və Metodiki İdarəsinin rəisi, Respublika tədris metodikası kabinetinin direktoru, Azərbaycan Müəllimlər İnstitutunun prorektoru və s. vəzifələrdə çalışıb.

Əsabəli Quliyev
Quliyev Əsabəli Musa oğlu
Əsabəli Quliyev
Əsabəli Quliyev, 2021-ci il.
Doğum tarixi 16 yanvar 1939 (1939-01-16) (82 yaş)
Doğum yeri Oxud, Nuxa (indiki Şəki) rayonu, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Elm sahəsi pedaqogika
Elmi dərəcəsi pedaqoji elmlər namizədi
Təhsili Çingiz İldırım adına Politexnik İnstitutu, mexanika fakültəsi (1962 – 1966)
Elmi rəhbəri akademik S.Y.Batişev
Mükafatları "Azərbaycan SSR əməkdar texniki peşə təhsili işçisi" fəxri adı

Haqqında məlumatlarRedaktə

16 yanvar 1939-cu il tarixdə Nuxa (indiki Şəki) rayonunun Oxud kəndində anadan olub.

TəhsiliRedaktə

1947 – 1957-ci illərdə Oxud kənd orta məktəbində,

1962 – 1966-cı illərdə isə Çingiz İldırım adına Politexnik İnstitutunun mexanika fakültəsində təhsil alıb.

Əmək fəaliyyətiRedaktə

1957 – 1958-ci illərdə Nəriman Nərimanov adına kolxozda işləyib.

1966 – 1967-ci illərdə Bakı 11 №-li peşə məktəbində istehsalat ustası,

1967 – 1971-ci illərdə isə ixtisas-fənn müəllimi,

1971 – 2001-ci illərdə Azərbaycan SSR/Azərbaycan Respublikası Peşə Təhsili Komitəsi Elmi-Tədqiqat və Metodiki İdarəsinin rəisi, Respublika tədris metodikası kabinetinin direktoru,

2001 – 2004-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun təhsilin idarəedilməsi kafedrasında müəllim,

2005 – 2008-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun ixtisasartırma və yenidən hazırlanma fakültəsinin dekanı,

2009 – 2014-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun prorektoru,

2014 – 2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun filologiya fakültəsinin dekanı vəzifəsində çalışıb.

2016-cı ildən təqaüddədir.

İkinci iş yerləriRedaktə

1977 – 1979-cu illərdə Kuba Respublikasının Təhsil Nazirliyində məsləhətçi işləyib.

Elmi fəaliyyətiRedaktə

1988-ci ildə SSRİ Pedaqoji Elmlər Akademiyasının şöbə müdiri akademik Sergey Yakreviç Batişevin rəhbərliyi ilə “Kubada texniki peşə təhsilinin inkişafı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

40-dan artıq elmi-pedaqoji məqalənin və bir neçə monoqrafiyanın müəllifidir.

DigərRedaktə

1958 – 1961-ci illərdə hərbi xidmətdə olub.

1997 – 1998-ci illərdə YUNESKO-nun peşə təhsili üzrə eksperti olub.

2003-cü ildən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin “Peşə təhsili müəssisələrinin istehsalat təlim ustaları və ixtisas-fənn müəllimlərinin ixtisaslarının artırılması” layihəsinin assistenti olub.

2016-cı ildən ictimai əsaslarla Bakı şəhəri Nəsimi rayonu Ağsaqqallar Şurasını sədrinin müavinidir.

TəltifləriRedaktə

  • “Azərbaycan SSR əməkdar texniki peşə təhsili işçisi” fəxri adı (4 fevral 1991-ci il);
  • “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı (2013).

ƏdəbiyyatRedaktə

  1. Məmmədov Ə., Xalıqov F. Quliyev Əsabəli // Şəki: Alim və ziyalılar. — Bakı: “Elm”, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 243-244. — 600 nüsx. — ISBN 5-8066-1708-4.