Əsabəli Quliyev
Əsabəli Quliyev | |
---|---|
Quliyev Əsabəli Musa oğlu | |
Əsabəli Quliyev, 2021-ci il. | |
Doğum tarixi | 16 yanvar 1939 |
Doğum yeri | Oxud, Nuxa (indiki Şəki) rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | 28 dekabr 2022 (83 yaşında) |
Elm sahəsi | pedaqogika |
Elmi dərəcəsi | pedaqoji elmlər namizədi |
Təhsili | Çingiz İldırım adına Politexnik İnstitutu, mexanika fakültəsi (1962 – 1966) |
Elmi rəhbəri | akademik S.Y.Batişev |
Mükafatları | |
video-çarx (facebookda) |
Əsabəli Quliyev (1939–2022) — pedaqoq-alim, pedaqoji elmlər namizədi, Azərbaycan SSR əməkdar texniki peşə təhsili işçisi. Müxtəlif illərdə Azərbaycan SSR/Azərbaycan Respublikası Peşə Təhsili Komitəsi Elmi-Tədqiqat və Metodiki İdarəsinin rəisi, Respublika tədris metodikası kabinetinin direktoru, Azərbaycan Müəllimlər İnstitutunun prorektoru və s. vəzifələrdə çalışıb.
Haqqında məlumatlar
16 yanvar 1939-cu il tarixdə Nuxa (indiki Şəki) rayonunun Oxud kəndində anadan olub.
Təhsili
1947 – 1957-ci illərdə Oxud kənd orta məktəbində,
1962 – 1966-cı illərdə isə Çingiz İldırım adına Politexnik İnstitutunun mexanika fakültəsində təhsil alıb.
Əmək fəaliyyəti
1957 – 1958-ci illərdə Nəriman Nərimanov adına kolxozda işləyib.
1966 – 1967-ci illərdə Bakı 11 №-li peşə məktəbində istehsalat ustası,
1967 – 1971-ci illərdə isə ixtisas-fənn müəllimi,
1971 – 2001-ci illərdə Azərbaycan SSR/Azərbaycan Respublikası Peşə Təhsili Komitəsi Elmi-Tədqiqat və Metodiki İdarəsinin rəisi, Respublika tədris metodikası kabinetinin direktoru,
2001 – 2004-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun təhsilin idarəedilməsi kafedrasında müəllim,
2005 – 2008-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun ixtisasartırma və yenidən hazırlanma fakültəsinin dekanı,
2009 – 2014-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun prorektoru,
2014 – 2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun filologiya fakültəsinin dekanı vəzifəsində çalışıb.
2016-cı ildən təqaüddədir.
İkinci iş yerləri
1977 – 1979-cu illərdə Kuba Respublikasının Təhsil Nazirliyində məsləhətçi işləyib.
Elmi fəaliyyəti
1988-ci ildə SSRİ Pedaqoji Elmlər Akademiyasının şöbə müdiri akademik Sergey Yakreviç Batişevin rəhbərliyi ilə “Kubada texniki peşə təhsilinin inkişafı” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
40-dan artıq elmi-pedaqoji məqalənin və bir neçə monoqrafiyanın müəllifidir.
Digər
1958 – 1961-ci illərdə hərbi xidmətdə olub.
1997 – 1998-ci illərdə YUNESKO-nun peşə təhsili üzrə eksperti olub.
2003-cü ildən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin “Peşə təhsili müəssisələrinin istehsalat təlim ustaları və ixtisas-fənn müəllimlərinin ixtisaslarının artırılması” layihəsinin assistenti olub.
2016-cı ildən ictimai əsaslarla Bakı şəhəri Nəsimi rayonu Ağsaqqallar Şurasını sədrinin müavinidir.
Təltifləri
- “Azərbaycan SSR əməkdar texniki peşə təhsili işçisi” fəxri adı (4 fevral 1991-ci il);
- “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı (2013).
Vəfatı
28 dekabr 2022-ci il tarixdə – 83 yaşında, Bakıda vəfat edib.
29 dekabr 2022-ci il tarixdə Şəki rayonunun Oxud kəndinin kənd qəbiristanlığında dəfn olunub.
Ədəbiyyat
- Məmmədov Ə., Xalıqov F. Quliyev Əsabəli // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 428. — Səh.: 243-244. — 600 nüsx. — ISBN 5-8066-1708-4.
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |
- Ə
- Şəxslər (familiya sırası ilə)
- Şəkidən çıxmış pedaqoqlar
- Şəkidən çıxmış alimlər
- 16 yanvarda doğulanlar
- Yanvarda doğulanlar
- 1939-cu ildə doğulanlar
- 28 dekabrda vəfat edənlər
- Dekabrda vəfat edənlər
- 2022-ci ildə vəfat edənlər
- Azərbaycan SSR əməkdar texniki peşə təhsili işçisi
- Alimlər
- Şəxslər (ad sırası ilə)
- “Şəki: Alim və ziyalılar” kitabına istinad olunan məqalələr
- Şəki Ensiklopediyası:Yoxlanılmış məqalələr əlifba sırası ilə