Abdulqəni Qədirov
Abdulqəni Qədirov (1940–2001) — tanınmış jurnalist-publisist və şair. Uzun müddət “Azərbaycan gəncləri” qəzetinin məsul katibi, bir müddət isə “Naxçıvan” qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır.
Abdulqəni Qədirov | |
---|---|
Qədirov Abdulqəni Hüseyn oğlu | |
![]() | |
Abdulqəni Qədirov. | |
Təxəllüsü | Abdulqəni Zəyzidli; Abdul-Qəni Qədirov; Abdul Qəni |
Doğum tarixi | 18 fevral 1940 |
Doğum yeri |
Orta Zəyzid, Nuxa (indiki Şəki) rayonu, ![]() ![]() |
Vəfatı | 13 mart 2001 (61 yaşında) |
Dəfn yeri |
Orta Zəyzid kənd qəbiristanlığı, Şəki rayonu, ![]() |
Uşağı | Elçin Qədirov |
Təhsili |
• Bakı Energetika Texnikumu, • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, jurnalistika fakültəsi |
Haqqında məlumatlarRedaktə
18 fevral 1940-cı il tarixdə Nuxa (indiki Şəki) rayonunun Orta Zəyzid kəndində anadan olub.
TəhsiliRedaktə
Orta Zəyzit orta məktəbini, Bakı Energetika Texnikumunu və S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
Əmək fəaliyyətiRedaktə
Uzun illər “Azərbaycan gəncləri” qəzetinin redaksiyasında işləyib və qəzetin məsul katibi olub. Daha sonra “Naxçıvan” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Ömrünün son illərində isə “Savalan” jurnalı ilə əməkdaşlıq edirdi.
Yaradıcı fəaliyyətiRedaktə
Gənc yaşlarından başlayaraq “Abdulqəni Zəyzidli” təxəllüsü ilə, sonralar “Abdul Qəni” imzası ilə şeirlər yazıb.
KitablarıRedaktə
- Berlinə gedən yolda (oçerklər). - Bakı : Gənclik, 1971 . - 79 s.
- Şirvanlı qız. - Bakı: Gənclik, 1973. - 34 s.
- Sahil görüşləri. - Bakı: Gənclik, 1977. - 67 s.
- Göz yaşını qurudaq (şeirlər toplusu, ölümündən sonra oğlu oğlu Elçin Qədirov çap etdirib). - Bakı: “Karat-R” mətəbəsi, 2003. - 94 s.
VəfatıRedaktə
13 mart 2001-cü il tarixdə – 61 yaşında, vəfat edib. Orta Zəyzid kənd qəbiristanlığında dəfn olunub.
XatirəsiRedaktə
2004-cü ildə Şəki şəhərindəki bir küçəyə adı verilib və həmin küçənin başlağıcında divara xatirə lövhəsi vurulub.
Ramiz Orsərin 2018-ci ildə çap olunmuş şəkili şair və yazıçıların bioqrafik məlumatlarından və yaradıcılıqlarından nümunələrdən ibarət “Şəkidən gələn səslər” toplusunun I cildində qısa tərcümeyi-halı və 6 şeiri dərc edilib.
ƏdəbiyyatRedaktə
- Orsər R. Abdul Qəni // Şəkidən gələn səslər. — Bakı: Elm və təhsil, 2018. — I cild. — Səhifələrin sayı: 856. — Səh.: 437-440. — 500 nüsx. — ISBN 978-9952-8176-5-2.
© 2019 – 2023 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |