......

Adil Qəribov — kimya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvi, Azərbaycan Respublikasının əməkdar elm xadimi, AMEA prezidentinin texnologiya üzrə müşaviri.

Adil Qəribov
Qəribov Adil Abdulxalıq oğlu
Adil Qəribov
Adil Qəribov, 2014.

Haqqında məlumatlar Vizual/Mobil redaktə

28 mart 1950-ci il tarixdə Nuxa rayonunun İbrahimkənd kəndində anadan olub.

Təhsili Vizual/Mobil redaktə

1966-cı ildə Kiçik Dəhnə kənd orta məktəbini gümüş medalla bitirib.

1966 – 1972-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində,

1972 – 1976-cı illərdə isə Azərbaycan SSR Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunun aspiranturasında təhsil alıb.

Əmək fəaliyyəti Vizual/Mobil redaktə

1990 – 2001-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası/Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Tədqiqatları Sektorunda işləmiş,

1977 – 1978-ci illərdə mühəndis,

1978 – 1980-cı illərdə kiçik elmi işçi,

1980 – 1990-cı illərdə isə baş elmi işçi,

1990 – 1995-ci illərdə Heterogen sistemlərin radiasiya kimyası qrupunun rəhbəri,

1990 – 1995-ci illərdə Heterogen sistemlərin radiasiya kimyası laboratoriyasının rəhbəri,

2002 – 2014-cü illərdə AMEA Radiasiya Problemləri İnstitutunun direktoru,

2014-cü ildən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri olub.

2024-cü ildən AMEA prezidentinin texnologiya üzrə müşaviridir.

Elmi fəaliyyəti Vizual/Mobil redaktə

1979-cu ildə “Seolit və seolit tərkibli krekinq katalizatorlarına ionlaşdırıcı şüaların təsiri” mövzusunda namizədlik dissertasiyasını,

1995-ci ildə isə “Oksid və metal-oksid sistemlərinin səthində maddənin radiasiya-katalitik parçalanması proseslərində enerji daşımasının qanunauyğunluqları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

1998-ci ildə professor elmi adını alıb.

2007-ci ildə radiasiya kimya ixtisası üzrə AMEA-nın müxbir üzvü,

2014-cü ildə isə həqiqi üzvü seçilib.

Elmi nəşrlərdə 324 məqaləsi dərc olunub.

İxtiralarına görə 31 müəlliflik şəhadətnaməsi alıb.

12 elmlər namizədinin, 2 elmlər doktorunun elmi rəhbəri olub.

Təltif və mükafatları Vizual/Mobil redaktə

Ailəsi Vizual/Mobil redaktə

Evlidir, 2 qızı, 1 oğlu var.

Ədəbiyyat Vizual/Mobil redaktə

  1. Məmmədov Ə., Xalıqov F. ... ... // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 334-336. — 1.000 nüsx.
  2. ...
  3. ...

Bildiriş Vizual/Mobil redaktə

...