Almaz Xəlilova — fizika-riyaziyyat elmləri namizədi, AMEA Fizika İnstitutunun aparıcı elmi işçisi. 1972 – 1982-ci illərdə Azərbaycan SSR EA Rəyasət Heyətinin elmi katibi vəzifəsində çalışmışdır.

Almaz Xəlilova
Xəlilova (Əbdürrəhmanova) Almaz Əhmədiyyə qızı
Almaz Xəlilova
Almaz Xəlilova.
Doğum tarixi 7 mart 1940 (1940-03-07) (84 yaş)
Doğum yeri Nuxa (indiki Şəki), Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Elm sahəsi fizika
İş yeri AMEA Fizika İnstitutu (aparıcı elmi işçi)
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri namizədi
Elmi adı dosent
Təhsili

 • S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi (1957–1962)

 • Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutu, aspirantura (1962–1965)
Elmi rəhbəri professor D.N.Nasledov və akademik M.İ.Əliyev

Haqqında məlumatlar

7 mart 1940-cı il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

Təhsili

1947 – 1950-ci illərdə Nuxa şəhər 8 №-li rus orta məktəbində,

1950 – 1957-ci illərdə Bakı şəhər 134 saylı orta məktəbində,

1957 – 1962-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin fizika fakültəsində təhsil alıb.

1962-cü ildə Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutunun aspiranturasına qəbul olunub, sonra isə A.İ.İoffe adına Leninqrad Fizika-Texniki İnstitutuna ezam edilib.

Elmi fəaliyyəti

1967-ci ildə A.İ.Gertsen adına Leninqrad Pedaqoji İnstitutunun Elmi Şurasında professor D.N.Nasledov və akad. M.İ.Əliyevin rəhbərliyi altında "Ga-Sb-Te üçqat sistemində bərk məhlulların alınması, elektron və fononların səpilmə mexanizmlərinin tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

1975-ci ildə yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə baş elmi işçi (dosent) elmi adını alıb.

41-i xaricdə, o cümlədən, 21-i beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda olmaqla çap edilmiş 105 elmi əsərin müəllifidir.

Əmək fəaliyyəti

1967-ci ildən Azərbaycan SSR EA Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmağa başlayıb; o cümlədən, bir müddət institutun elmi katibi olub.

1972 – 1982-ci illərdə isə paralel olaraq həm də Azərbaycan SSR EA Rəyasət Heyətinin elmi katibi vəzifəsində çalışıb.

Hal-hazırda AMEA Fizika İnstitutunun aparıcı elmi işçisidir.

Digər

1999-cu ildən AMEA “Xəbərlər, fizika-texnika və riyaziyyat elmləri seriyası, fizika və astronomiya” jurnalın məsul katibidir.

Ədəbiyyat

  1. Məmmədov Ə., Xalıqov F. Xəlilova (Əbdürrəhmanova) Almaz Əhmədiyyə qızı // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  582. — Səh.: 262. — 1.000 nüsx.
  2. Fizika İnstitutunun fəlsəfə doktorları : Xəlilova Almaz Əhmədiyyə qızı : [arx. 01.10.2021] // Azərbaycan Milli Elmlər Akademiyası. — Müraciət tarixi: 01.10.2021.