Amil Salamov (1930–1999) — tanınmış rəssam-pedaqoq, Azərbaycan Rəssamlar İttifaqının Şəki şöbəsinin rəhbəri.

Amil Salamov
Salamov Amil Hüseyn oğlu
Amil Salamov
Amil Salamov, 1970-ci il.
Doğum tarixi 1 mart 1930(1930-03-01)
Vəfat tarixi 7 iyul 1999 (69 yaşında)
Vəfat yeri Nuxa (indiki Şəki), Zaqatala-Şəki mahalı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİFlag of Azerbaijan.svg Azərbaycan
Təhsili Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi (1945–1950)
Janrı qrafika və rəngkarlıq

Haqqında məlumatlarRedaktə

1 mart 1930-cu il tarixdə Nuxada (indiki Şəki) anadan olub.

TəhsiliRedaktə

1945 − 1950-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb.

Hərbi xidmətRedaktə

1950 – 1954-cü illərdə hərbi xidmət borcunu yerinə yetirib.

Əmək fəaliyyətiRedaktə

1954 – 1999-cu illərdə – müxtəlif vaxtlarda, Nuxadakı/Şəkidəki pionerlər evində, pedaqoji exnikumda, 10 №-li orta məktəbdə, ipəkçilik texnikumunda rəsm müəllimi, M.Füzuli adına mədəniyyət və istirahət parkının rəssamı kimi fəaliyyət göstərib.

YaradıcılığıRedaktə

Yaradıcılığının əsas istiqaməti qrafika və rəngkarlıq olub.

Rəssamlar İttifaqındaRedaktə

1973-cü ildən Azərbaycan SSR Rəssamlar İttifaqının üzvü və İttifaqın Şəki şöbəsinin rəhbəri,

1977-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü olub.

VəfatıRedaktə

7 iyul 1999-cu il tarixdə – 69 yaşında, Şəkidə vəfat edib.

ƏdəbiyyatRedaktə

  1. Məmmədov Ə., Xalıqov F. Salamov Amil // Şəki: Alim və ziyalılar. — Bakı: Elm, 2007. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  428. — Səh.: 337. — 600 nüsx. — ISBN 5-8066-1708-4.