Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur!
Bu məqalə Şəki Ensiklopediyasının çapa hazır məqaləsidir.

Anar Əzizsoy

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
..
Anar Əzizsoy
Əzizsoy Anar Fərhad oğlu
Anar Əzizsoy
Anar Əzizsoy, 2019-cu il.

Anar Əzizsoy — incəsənət tarixi üzrə fəlsəfə doktoru, professor, Karabük Universiteti (Türkiyə) incəsənət tarixi kafedrasının qərb incəsənəti və müasir incəsənət şöbəsinin rəhbəri, İslam Ensiklopediyasının bölüm yazarı.

Haqqında məlumatlar[redaktə | HTML redaktə]

13 iyul 1977-ci il tarixdə Şəkidə anadan olub.

Təhsili[redaktə | HTML redaktə]

1984 − 1992-ci illərdə Şəki şəhər M.Qorki adına 10 nömrəli orta məktəbində,

1992 − 1995-ci illərdə isə Türkiyənin Konya şəhərindəki liseydə oxuyub.

1995 − 2001-ci illərdə Trakya Universitetinin (Ədirnə, Türkiyə) bakalavriatında,

2002 − 2005-ci illərdə isə həmin universitetin incəsənət tarixi kafedrasının magistraturasında təhsil alıb.

Əmək fəaliyyəti[redaktə | HTML redaktə]

2010 – 2016-cı illərdə Batman universitetinin mədəni irsin qorunması və bərpası kafedrasında dosent köməkçisi,

2014 – 2016-cı illərdə isə həmin kafedranın rəhbəri olub.

2016-cı ildən Karabük Universiteti (Türkiyə) incəsənət tarixi kafedrasının qərb incəsənəti və müasir incəsənət şöbəsinin rəhbəridir.

Elmi fəaliyyəti[redaktə | HTML redaktə]

2010-cu ildə İstanbul Universitetinin incəsənət tarixi kafedrasında “Azərbaycanın şimal-qərb bölgəsinin memarlıq üslubu” adlı mövzuda dissertasiya müdafiə edərək incəsənət tarixi üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2017-ci ildə dosent elmi adını alıb.

Bakı Milli Elmlər Akademiyası, Arxeologiya və Etnoqrafiya İnstitutunun 2007 − 2017-ci illər ərzində apardığı qazıntı və bərpa işlərində arxeoloq Nəsib Muxtarovun rəhbərlik etdiyi Şimal Qərb Bölgəsi Arxeoloji Ekspedisiyasının üzvü kimi, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən “Azərbaycanın Şimal Qərb Zonasında Turizmin İnkişafı” layihəsində incəsənət tarixi mütəxəssisi kimi iştirak edib. Azərbaycan, Orta Asiya, Anadolu memarlıq əlaqələrini əhatə edən mövzularda beynəlxalq konfrans və simpoziumlarda çıxışlar edib. İncəsənət tarixi mövzusunda 40-dan çox elmi əsəri çap olunub. İslam Ensiklopediyasının bölüm yazarıdır.

Ailəsi[redaktə | HTML redaktə]

Ailəlidir, iki övladı vardır.

Ədəbiyyat[redaktə | HTML redaktə]

  1. Prof. Dr. Anar AZİZSOY : [arx. 03.05.2023] : [tur.] // UNIS: Akademik Veri Yönetim Sistemi. — Müraciət tarixi: 03.05.2023.

.

.