Arzu Məmmədnəbi-İnceer

Aydinsalis (Müzakirə | töhfələr) (→‎Ailəsi) tərəfindən edilmiş 16:44, 19 dekabr 2021 tarixli dəyişiklik

Arzu Məmmədnəbi-İnceer — rəssam-fotoqraf və keramist, Kipr Türk Cümhuriyyətində fəaliyyət göstərən “Lefkoşa Arapahmet Art Stüdyo”nun rəssamı. Xeyriyyəçilik fəaliyyəti ilə də tanınır.

Arzu Məmmədnəbi-İnceer
Arzu Qurban qızı Məmmədnəbi (Məmmədnəbiyeva)
Arzu Məmmədnəbi-İnceer
Arzu Məmmədnəbi-İnceer, 2019-cu il.
Doğum tarixi 1 avqust 1974 (1974-08-01) (49 yaş)
Doğum yeri Şəki, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Təhsili Şəki Tibb Məktəbi (1991–1994)
Atası

 • Qurban Məmmədnəbiyev (rəsmi)

 • Söhrab Arabov (bioloji),
Anası

 • Liyozə Məmmədnəbiyeva (rəsmi)

 • Məkkə (bioloji)
Həyat yoldaşı Osman İnceer
facebook səhifəsi

Haqqında məlumatlar

3 oktyabr 1973-cü il tarixdə Şəkidə anadan olub.

Təhsili

1980 – 1990-cı illərdə M.Qorki adına Şəki şəhər 10 №-li orta məktəbində,

1991 – 1994-cü illərdə isə Şəki Tibb Məktəbində təhsil alıb.

Əmək fəaliyyəti

1994-cü ildən sonra əvvəlcə bir müddət Şəkidəki tibb müəssisəsində,

2001 – 2003-cü illərdə isə qadınlar üçün təşkil olunmuş kompüter kursunda işləyib.

2003-cü ildə Kipr Türk Cümhuriyyətində fəaliyyət göstərən sığorta şirkətinə rus dili üzrə tərcüməçi vəzifəsinə işə dəvət olunub.

2017-ci ildən Kiprdəki “Lefkoşa Arapahmet Art Stüdyo”da rəssam işləyir.

Yaradıcılığı

Kiprdə müxtəlif vaxtlarda təşkil olunmuş fotoqrafiya, keramika və rəsm sərgilərində 3 dəfə öz əsərlərini nümayiş etdirib.

Yaradıcılığından nümunələr

İdman fəaliyyəti

Kikboksinq qara kəmər sahibidir. 2015-ci ildə idman karyerasını başa vurub.

Ailəsi

Bioloji atası tanınmış teatr rəssamı Söhrab Arabovdur. Lakin 4 aylığında Arzudan imtina edərək Kirovabad (indiki Gəncə) uşaq evinə təhvil vermişdir.

1977-ci ildə isə Liyozə Məmmədnəbiyeva adlı Şəki şəhər sakini Arzunu övladlığa götürmüşdür. Liyozə Məmmədnəbiyeva heç vaxt ailə qurmamışdı. O, Arzunun atasının adını Qurban, təvəllüdünü isə 1 avqust 1974-cü il yazdırıb, 1991-ci ildə vəfat edib və Arzu 17 yaşında kimsəsiz qalıb.

2004-cü ildə Arzu Kiprdə Osman İnceerlə ailə qurub.