AydınbulaqAzərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.

Yaşayış məntəqəsi
Aydınbulaq


Ölkə Azərbaycan
Rayon Şəki rayonu
Əhalisi 873 nəfər
Poçt indeksi AZ5535[1]



TarixiRedaktə

Aydınbulaq Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Alazan-Həftəran vadisindədir. Adını ərazidəki eyniadlı bulaqdan almışdır. Kəndin Şimalında təqribən IX-XIII əsrlərə aid edilən qüllə də (Ağacqala, Meydanqala, Qız qalası da adlanır) Aydınbulaq qülləsi adlanır. Kənd 1804-cu ildə Xoy xanı Cəfərqulu xanla Cənubi Azərbaycandan gəlmış ailələrin bir qrupunun Aydınbulaq adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır[2].

ƏhalisiRedaktə

Kəndin əhalisi 873 nəfər təşkil edir ki, onun da 438 nəfəri kişi, 435 nəfəri isə qadındır. .

DinRedaktə

Kənddə "Hacı Mir Ələkbərağa" məscidi dini icması fəaliyyət göstərir[3].

İstinadlarRedaktə

  1. Azərpoçt. "İndekslər" (azərb.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  3. MÜSƏLMAN DİNİ İCMALAR - 2011-ci ildə qeydiyyatdan keçənlər. scwra.gov.az  (azərb.)