Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

"Bəxtiyar Vahabzadə" səhifəsinin versiyaları arasındakı fərqlər

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search
Sətir 61: Sətir 61:
 
* “[[Azərbaycan SSR xalq şairi]]” fəxri adı (1984).
 
* “[[Azərbaycan SSR xalq şairi]]” fəxri adı (1984).
 
* [["Oktyabr İnqilabı" ordeni|“Oktyabr İnqilabı” ordeni]] (1984).
 
* [["Oktyabr İnqilabı" ordeni|“Oktyabr İnqilabı” ordeni]] (1984).
* [["Əmək veteranı"]] medalı ()
+
* [["Əmək veteranı" medalı|“Əmək veteranı” medalı]] ()
 
* [[İstiqlal ordeni|“İstiqlal” ordeni]] (1995).
 
* [[İstiqlal ordeni|“İstiqlal” ordeni]] (1995).
 
* "Ləyaqət" ordeni (Rumıniya) — 2002
 
* "Ləyaqət" ordeni (Rumıniya) — 2002

00:04, 16 avqust 2020 versiyası

Bəxtiyar Vahabzadə
Vahabzadə Bəxtiyar Mahmud oğlu
Bəxtiyar Vahabzadə
Bəxtiyar Vahabzadə
Doğum tarixi 16 avqust 1925(1925-08-16)
Doğum yeri Nuxa, Şəki qəzası, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Transcaucasian SFSR.svg ZSFSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfatı 13 fevral 2009 (83 yaşında)
Vəfat yeri Bakı, Flag of Azerbaijan.svg Azərbaycan
Vətəndaşlığı Flag of the Soviet Union.svg SSRİ
Flag of Azerbaijan.svg Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti şair, ədəbiyyatşünas
Mükafatları "Azərbaycan SSR xalq şairi" fəxri adı — 1984 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1974 SSRİ dövlət mükafatı — 1984 Azərbaycan SSR dövlət mükafatı — 1976
"İstiqlal" ordeni — 1995 "Qırmızı Əmək Bayrağı" ordeni
Commons-logo.svg Commonsda da Bəxtiyar Vahabzadə ilə əlaqəli mediafayllar var

Bəxtiyar VahabzadəAzərbaycan Respublikasının xalq şairi, filologiya elmləri doktoru, professor, Azərbaycan MEA-nın həqiqi üzvü. Azərbaycan Dövlət mükafatı laureatı (1976), SSRİ Dövlət mükafatı laureatı (1984), M.F.Axundov adına ədəbi mükafatın laureatı (1988), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), millət vəkili (1995, 2000),

Həyatı

Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Bir versiyaya görə Mahmud Vahabzadə Zəkəriyyə oğlu Bəxtiyar Vahabzadənin atabir-anaayrı ögey qardaşı olmuşdur. Mahmud Vahabzadənin həyat yoldaşı isə 1905-ci hadisələri zamanı yetim qalmış Vartaşendən olan erməni qızı olub, daha sonra Şəkidə Allahverdi adlı bir nəfərin himayəsində Gülzar adıyla böyüdülüb. Mahmud Vahabzadə ilə Gülzar Allahverdiqızı 1918-ci ildə evlənirlər, lakin uşaqları olmadığından 1925-ci ildə Zəkəriyyə Vahabzadənin Xanım Məcidqızından olan övladı Bəxtiyarı övladlığa götürürlər[1].[2]

1934-cü ildə onun ailəsi Bakıya köçmüşdür. Burada orta məktəbi qurtarandan sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır (1942-1947). Universitetin aspiranturasında saxlanmış, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1951). Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlamışdır. O zamandan dövri-qədim mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad" və "Hara gedir bu dünya", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Tənqidçi-ədəbiyyatşünas kimi də fəaliyyət göstərmişdir. "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq disertasiyası müdafiə etmişdir (1964). Azərbaycan Dövlət Universitetində Müasir Azərbaycan ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır (1950-1990). 1990-cı ildə təqaüdə çıxmışdır. Azərbaycan MEA-nın müxbir üzvü (1980), sonra həqiqi üzvü (2000) seçilmişdir. 1981-ci ildə SSRİ Yazıçılarının VII qurultayında SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir. O, həmçinin Azərbaycan Yazıçılar İttifaqının İdarə Heyətinin və Ağsaqallar Şurasının üzvü idi (1991). Ədəbi-bədii prosesin yorulmaq bilməyən təbliğatçısı və təşkilatçısı kimi tanınırdı. Azərbaycan KP Bakı şəhər Komitəsinə üzv və bir neçə çağırış Bakı xalq deputatları Sovetinə və X çağırış Azərbaycan Ali Sovetinə, 19952000-ci illərdə Azərbaycan Milli Məclisinə deputat seçilmişdir. 1976-cı ildə "Leninlə söhbət" və "Muğam" poemalarına görə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. "Qırmızı Əmək Bayrağı" və "İstiqlal" (1995) ordenləri ilə təltif olunmuşdur.

Bəxtiyar Vahabzadə 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulmuşdur.

Bu poemaya görə 1962-ci ildə şair "millətçi" damğası ilə Azərbaycan Dövlət Universitetindən çıxarılmış, yalnız 2 ildən sonra işə bərpa edilmişdir. (Zəruri qeyd: Professor Şirməmməd Hüseynov Bəxtiyar Vahabzadənin işdən çıxarılmadığını bildirir: "Bəxtiyarı işdən çıxara bilməzdilər, çünki bu, ciddi ajiotaja səbəb ola bilərdi. Məcburən onu doktorluq müdafiəsi üçün elmi məzuniyyətə göndərdilər). Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, sovet ittifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdir.

B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Şairin əsərləri – şeir kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilmişdir.

Xalqı oyandırmaq məqsədiylə əsərlərini qələmə alan Bəxtiyar Vahabzadə şeirlərində; vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi mövzuları ən güclü və dərin məzmunlarla izah etmişdir.

Vahabzadənin şeirlərinə baxdığımızda gözə dəyən ilk mövzu vətən sevgisi olmaqdadır.[3]

2009-cu il fevral ayının 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir[4].

Oğlu İsfəndiyar Vahabzadə Azərbaycan Respublikasının Belarusdakı səlahiyyətli və fövqəladə səfiri işləyib.[5]

İctimai-siyasi fəaliyyəti

26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir[6].

Şarin ən məhşur əsərləri isə "Allah" və ''Vətəndir".

Təltif və mükafatları

Xatirəsi

Türkiyənin Adana şəhərində Bəxtiyar Vahabzadə adına Sosial Elmlər Liseyi var.

Adına Bakı şəhərinin Yasamal rayonunda küçə var.

31 avqust 2018-ci ildə Şəkidə şairin ev-muzeyinin açılışı olub.[7]

Əsərləri

Şablon:Columns-list

Filmoqrafiya

Şablon:Columns-list

İstinadlar

  1. Şirməmməd Hüseynov xalq şairinə qarşı ağır ittihama cavab verdi, Cavid Turan, 21.11.2013 - Yeni Musavat qəzeti, https://musavat.com/news/sirmemmed-huseynov-xalq-sairine-qarsi-agir-ittihama-cavab-verdi_172329.html
  2. Sitat səhvi: Invalid <ref> tag; no text was provided for refs named :0
  3. Erdem,KONUR,"Vatan Millet ve Anadili Şairi Vahapzade",Edebiyat ve Sanat Akademisi
  4. http://www.mediaforum.az/articles.php?lang=az&page=00&article_id=20090213073850030
  5. http://news.lent.az/news/190218
  6. "Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli, 276-XP nömrəli Qərarı. e-qanun.az  (azərb.)
  7. ARB Şəki (31.08.2018). "Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin ev muzeyinin açılışı olub" (azərb.). Youtube.com. İstifadə tarixi: 2018-08-31.

Xarici keçidlər

hfa:بختیار وهاب زادهhgag:Bahtiyar:Vahabzade