Badisəba Köçərli
Badisəba Köçərli (1881–1954) — tanınmış pedaqoq, Azərbaycan SSR əməkdar müəllimi; uşaqların tərbiyəsi və təhsilə cəlb olunması, qadınlar arasında savadsızlığın ləğv edilməsində xidmətləri olub.
Haqqında məlumatlarRedaktə
22 mart 1881-ci il tarixdə Qazax qəzasının Salahlı kəndində anadan olub.
Qızlıq familiyası “Vəkilova” idi.
1897-ci ildə görkəmli Azərbaycan maarifçisi və Azərbaycan ədəbiyyatı tənqidçisi Firidun bəy Köçərliyə ərə getdikdən sonra ərinin soyadına keçib.
TəhsiliRedaktə
1920-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb.
Əmək fəaliyyətiRedaktə
1921 – 1924-cü illərdə Bakı qadın seminariyasında müəllim işləyib.
1925 – 1929-cu illərdə Zaqatala Pedaqoji Texnikumunun,
1929-cu ildə Quba Pedaqoji Texnikumunun,
1930 – 1953-ci illərdə isə Nuxa 2 №-li uşaq evinin direktoru olub.
İctimai fəaliyyətiRedaktə
1948 və 1951-ci illərdə Nuxa rayon Sovetinə deputat seçilib.
Təltif və mükafatlarıRedaktə
- “Şərəf Nişanı” ordeni;
- “Qafqazın müdafiəsinə görə” medalı;
- “Azərbaycan SSR əməkdar müəllimi” fəxri adı (1945).
VəfatıRedaktə
1954-cü ilin yanvar ayında – 72 yaşında, Bakıda vəfat edib.
ƏdəbiyyatRedaktə
- Xeyirxah, nəcib əməllər sahibi // Respublika : qəzet. — Bakı, 2017. — В. 5 fevral. — № 26. — Səh. 5. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 30 dekabr 2020.
VideoRedaktə
© 2019 – 2024 Şəki Ensiklopediyası Bu məqalə Şəki Ensiklopediyasının yoxlanılmış məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasının redaksiyasına məxsusdur. |