Baxşəli Axundov

WikiSysop (Müzakirə | töhfələr) tərəfindən edilmiş 21:22, 12 iyun 2020 tarixli dəyişiklik

Baxşəli Axundov (Axundov Baxşəli Kazım oğlu; d.  1898-ci ildə, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö.  1985-ci ildə, Şəki, Azərbaycan SSR, SSRİ) – Şəkidə diyarşünaslıq muzeyinin, teatrın, musiqi texnikumunun, uşaq musiqi məktəblərinin yaradılmasında çox böyük rolu olmuş ziyalı. İti hafizəsinə, dünyagörüşünə və savadına görə yaşadığı dövrdə “canlı ensiklopediya” adlandırılırdı.

Baxşəli Axundov
Axundov Baxşəli Kazım oğlu
Baxşəli Axundov
Baxşəli Axundov, 1976-cı il
Digər adı Baxşəli əfəndi
Doğum tarixi 1898(1898-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Doğum yeri Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Flag of Russia.svg Rusiya İmperiyası
Vəfat tarixi 1985(1985-Şablondakı doğum və ya ölüm tarixində texniki yanlışlıq var!-00)
Vəfat yeri Şəki, Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vətəndaşlıq Flag of the Soviet Union.svg SSRİ

Haqqında məlumatlar

1895-ci ildə Nuxada anadan olub.

Parisdə (Fransa) tibb təhsili alarkən, ailəsinin xahişi ilə Nuxaya qayıtmış, bundan sonra Parisə geri dönə və təhsilini tamamlaya bilməmişdir. Əvəzində Tehrana (İran) − orada yaşayan qardaşının yanına getmiş, bir müddət İranda müəllimlik etmiş, sonra Nuxaya qayıtmış, qəza firqə komitəsinin katibi, qəza maarif şöbəsinin müdiri, musiqi texnikumunun direktoru vəzifələrində işləmişdir.

Dövrü-mətbuatda müntəzəm olaraq publisistik məqalələrə çıxış etmiş, xalqın maariflənməsinə çaşışmışdır.

Ailəsi

Şəki teatrında ilk dəfə səhnəyə çıxan üç qadından biri olan Anabəyimlə evlənib. Hesab edirdi ki, səhnəyə çıxan qızlardan birini o alarsa, o birilərini də alan olar və evdə qalmazlar.

Ədəbiyyat